Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəy öyrənilir

2017-2018-ci tədris ilində istifadəyə veriləcək 6-cı sinif şagirdləri üçün dərslik və həmin dərsliklər üzrə müəllim üçün metodik vəsaitlərin yeniləşdirilmiş layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə həmin dərslik və metodik vəsaitlər

2017-2018-ci tədris ilində istifadəyə veriləcək 6-cı sinif şagirdləri üçün dərslik və həmin dərsliklər üzrə müəllim üçün metodik vəsaitlərin yeniləşdirilmiş layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə həmin dərslik və metodik vəsaitlər http://trims.edu.az/site/search.php?search=ok&book_form_id=2keçidində yerləşdirilib. Təqdim olunan keçiddən yerləşdirilmiş istənilən dərslik və metodik vəsaiti onlayn oxumaq, PDF variantda kompüterə yükləmək, eyni zamanda xüsusi ayrılmış sahədə təklif və iradları yazmaq mümkündür. Təhsil Nazirliyi geniş ictimaiyyəti - sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31