Metropolitençilər Avropa ölkələrində təcrübə keçirlər
“2015-ci ildən etibarən “Bakı Metropoliteni” QSC paytaxtın aparıcı ali təhsil ocaqları ilə qarşılıqlı razılaşma əsasında bağlanmış müqavilələr çərçivəsində əhəmiyyətli tədbirlər həyata keçirir”. Bu barədə məlumat “OLAYLAR”-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən daxil olub.
24 Yanvar 2017 16:12 Sosial"2015-ci ildən etibarən "Bakı Metropoliteni" QSC paytaxtın aparıcı ali təhsil ocaqları ilə qarşılıqlı razılaşma əsasında bağlanmış müqavilələr çərçivəsində əhəmiyyətli tədbirlər həyata keçirir". Bu barədə məlumat "OLAYLAR"-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, hazırda "Bakı Metropoliteni" QSC ilə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqavilələri mövcuddur.
Qeyd edək ki, metropolitendə kadr potensialının gücləndirilməsi, təchizatın müasir standartlar səviyyəsində qurulması məqsədilə beynəlxalq təcrübənin artırılması da diqqət mərkəzindədir. Belə ki, yeni xətlərimizin idarəetmə sistemlərinin qurulmasında fəal iştirak edən Fransanın "Thales" şirkətinin təcrübəsindən yararlanmaq məqsədilə davamlı kurslar təşkil olunub. Metropoliten mütəxəssisləri yiyələndikləri bilikləri artırmaq üçün Türkiyə, Kanada, Böyük Britaniya, Almaniya və Fransada beynəlxalq təcrübə keçiblər.