"Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2364 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1645-1637 metr intervaldan sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

"Neft Daşları" yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2364 nömrəli quyu qazmadan sonra istismara verilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1645-1637 metr intervaldan sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31