Müdafiə təyinatlı məmulatların istehsalı 1,8 dəf artıb
2016-cı ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. Bu barədə nazirlikdən verilən məlumata görə, 2015-ci illə müqayisədə müdafiə təyinatlı məmulatların istehsalında 1,8 dəfə artım əldə olunub. Hesabat ilində sifarişçilərə təhvil verilmiş məmulatlardan - pilotsuz uçuş aparatlarını, minaatanları, AK-74M tipli avtomatı, universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, “Matador” və “Marauder” tipli zirehli transportyorları, avtomatik qumbaraatan kompleksini, zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, atəş yığımlarını, tank əleyhinə əl qumbaraatanı üçün qumbaranı, təlim aviasiya bombalarını və s. göstərmək olar.
24 Yanvar 2017 16:06 Sosial2016-cı ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. Bu barədə nazirlikdən verilən məlumata görə, 2015-ci illə müqayisədə müdafiə təyinatlı məmulatların istehsalında 1,8 dəfə artım əldə olunub. Hesabat ilində sifarişçilərə təhvil verilmiş məmulatlardan - pilotsuz uçuş aparatlarını, minaatanları, AK-74M tipli avtomatı, universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, "Matador" və "Marauder" tipli zirehli transportyorları, avtomatik qumbaraatan kompleksini, zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, atəş yığımlarını, tank əleyhinə əl qumbaraatanı üçün qumbaranı, təlim aviasiya bombalarını və s. göstərmək olar.