“Bələdiyyələri qınamaq olmaz”

Yanvarın 24-də Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib. İclasda komitənin MM-in 2016-cı il payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı və 2017-ci il yaz sessiyasının iş planı layihəsi müzakirə olunub. Komitə sədri Arif Rəhimzadə bildirib ki, qanun layihələri hazırda razılaşma mərhələsindədir: “Mövcud qurumlarla razılaşdırıldıqdan sonra komitə iclaslarında müzakirə olunaraq parlamentin müzakirəsinə çıxarılacaq”. Komitə sədri deyib ki, bunlar “Bələdiyyə torpaqlarlarının idarə edilmısi haqqında” qanunda düzəlişlər edilməsi haqqında qanun layihəsi, “Azərbaycanın 2002-ci il 15 mart tarixli 247-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Yerli(bələdiyyə) vergilər və ödənişlər haqqında” qanmunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlara dəyişiklik layihələridir. Komitə sədri onu da deyib ki, adıçəkilən qanun layihələrinin zamanında hazırlanması üçün komitə üzvləri məsul ediliblər.

Komitə sədri: "Qanun pozuntusu onların ərazi sərhədlərini müəyyənləşdirə bilməməsi ilə bağlıdır"
 

Yanvarın 24-də Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib. İclasda komitənin MM-in 2016-cı il payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı və 2017-ci il yaz sessiyasının iş planı layihəsi müzakirə olunub. Komitə sədri Arif Rəhimzadə bildirib ki, qanun layihələri hazırda razılaşma mərhələsindədir: "Mövcud qurumlarla razılaşdırıldıqdan sonra komitə iclaslarında müzakirə olunaraq parlamentin müzakirəsinə çıxarılacaq". Komitə sədri deyib ki, bunlar "Bələdiyyə torpaqlarlarının idarə edilmısi haqqında" qanunda düzəlişlər edilməsi haqqında qanun layihəsi, "Azərbaycanın 2002-ci il 15 mart tarixli 247-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Yerli(bələdiyyə) vergilər və ödənişlər haqqında" qanmunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunlara dəyişiklik layihələridir. Komitə sədri onu da deyib ki, adıçəkilən qanun layihələrinin zamanında hazırlanması üçün komitə üzvləri məsul ediliblər. Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında tikilən qanunsuz evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunurlar. Ancaq bu tikililər rəsmiləşdirilməyiblər: "Bu qanunsuz tikililərlə bağlı problemin əsas səbəbi isə bələdiyyələrin öz səlahiyyətlərini və ərazi sərhədlərini müəyyənləşdirə bilməməsi ilə bağlıdır. Çünki bələdiyyə bilməyib ki, torpaq ona, yaxud, başqa bələdiyyəyə və ya hansısa quruma məxsusdur. Ona görə də qanunsuz tikililərlə bağlı problem yaranıb. Bələdiyyənin ərazisi dəqiqləşdirilib, xəritə veriləndən sonra bələdiyyə biləcək ki, bu torpaq onun ərazisidir, yaxud, ərazisi deyil. Xəritələr müəyyənələşəndən sonra bu problemlərin həlli daha asan olacaq". Komitə sədri əlavə edib ki, indiyə qədər bələdiyyənin başqa bələdiyyənin ərazisində torpaq verməsi, satması halları olub: "Buna görə bələdiyyələri təqsirləndirmək də olmaz, bir çox bələdyyələr indiyə qədər əraziləri haradır, xəritələri harada başlayır, harada qurtarır, bu barədə məlumatları yoxdur ". Komitə sədri bələdiyyələrin xəritələrinin əksəriyyətinin hazırlanaraq Reyestr Xidmətinə verildiyini də nəzərə çatdırıb: "Ümumilikdə, 59 rayonda ərazilərlə bağlı mübahisələr var. Həmin mübahisələr həll ediləndən sonra bələdiyyələrin hamısı biləcək ki, ərazisi haradır, hansı əraziyə sərəncam verə bilər, harada onun sərəncamı ilə ev tikə bilərlər". Komitə sədri əlavə edib ki, sənədsiz və qanunsuz tikililərlə bağlı sənədləşmə problemi bir il əvvəl Azərbaycan Prezidenti tərəfindən imzalanmış fərmana əsasən tədricən həllini tapacaq. Onun sözlərinə görə, elə evlər var ki, neft torpaqlarında tikilib: "Bu məsələ ilə bağlı müxtəlif məqamlar var. Hər bir konkret hal üzrə konkret həll variatı olacaq. Ümumiyyətlə, belə evlərin sənədləşdirilməsi üçün müxtəlif tələblər var və bu da fərmanda əksini tapıb. Məsələn, bu evlər tikiliməzdən öncə gərək layihəsi yerli icra hakimiyyəti ilə razılaşdırılmalı idi. Sürüşmə zonaları, fövqəladə vəziyyətlər ola bilər. Layihə razılaşdırılıbsa, həmin evlərin sənədləşdirilməsi fərmanda əksini tapıb. Yəni, Azərbaycan Prezidentinin fərmanında əksini tapan tələblərə uyğun olaraq sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq quruma müraciət edilməlidir".
Komitə sədrinin müavini Fəttah Heydərov bildirib ki, günün və yerli şəraitin reallığına uyğun qanunvericilik bazası hazırlamaq üçün Milli Məclisin Regional komitəsinin üzvləri yerlərdə olub və yerli şəraitə uyğun qanunlar hazırlayıblar: "Məhz bunun nəticəsidir ki, son dövrlərdə bələdiyyələrin də fəaliyyətində canlanma müşahidə olunmaqdadır. Bunu biz hiss edirik". Deputat hesab edir ki, bundan sonra da bu iş davam edəcək: "Ümid edirəm ki, görülən tədbirlər öz müsbət nəticəsini verəcək. Çünki idarəetmə hər zaman və bir əyanilik tələb edir. Bu əyanilik də ondan ibarətdir ki, məsələnin mahiyyəti həm qanunvericilik nöqteyi-nəzərindən, həm də yerli şəraitə uyğun olaraq nəzərdə tutulur, həyata keçirilir. Bax, bu mənada bu sessiya ərzində fəaliyyəti yüksk qiymətləndirirəm. Hesab edirəm ki, işlər aktiv formada davam etdirilməlidir. Amma bununla bağlı problemli məsələlər də var ki, o məslələr də həllini tapmalıdır". Millət vəkili bildirib ki, komitə ötən dövrdə uğurlu fəaliyyət göstərib, qəbul edilən qanunlar bələdiyyələrin fəallığına müsbət təsir göstərib. Millət vəkili deputatların və bələdiyyələrin ölkədə kənd təsərrüfatının inkişafı sahəsində öz səylərini əsirgəməməsini zəruri saydığını deyib: "Qəbələ rayonunda əsasən maldarlıqla məşğul olurlar. Yay aylarında Qəbələdə heyvandarlığın inkişafı üçün münbit şərait var, ancaq qışda aran rayonlarında qışlaqlara ehtiyac yaranır. Əvvəllər Qəbələ əhalisinin qışlaqlardan istifadə sahəsində problemi olmayıb. Amma son zamanlar bu sahədə müəyyən problemlərə rast gəlinir. Belə problemlər aradan qaldırılmalıdır ki, kənd təsərrüfatının, maldarlığın inkişafı daha sürətli olsun". İclasın sonunda komitənin MM-in 2016-cı il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı qəbil edilib, yaz sessiyasının iş planı layihəsi təsdiqlənib.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31