Minimum əmək haqqının artırılması bütövlükdə əməkhaqlarına təsir edəcək

Azərbaycanda əhalinin sosial rifah halının yüksəldilməsi daim diqqət mərkəzindədir. Xüsusilə, Azərbaycan prezidenti İlham Əliyev ölkə vətəndaşlarının sosial vəziyyətlərinin yaxşılaşması, insanların layiqli həyat şəraitinin təmin olunması məsələlərini diqqət mərkəzində saxlayır. Dövlət başçısının son günlərdə imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında”, “Minimum aylıq əməkhaqqının artırılması haqqında”, “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” fərmab və sərəncamları da məhz əhalinin sosial sosial vəziyyətinin yaxşılaşmasına hesablanıb.

Deputat: "Ayrılan müavinətlərin taleyi qaçqın və məcburi köçkünlərin özlərindən asılı olacaq"
 

Azərbaycanda əhalinin sosial rifah halının yüksəldilməsi daim diqqət mərkəzindədir. Xüsusilə, Azərbaycan prezidenti İlham Əliyev ölkə vətəndaşlarının sosial vəziyyətlərinin yaxşılaşması, insanların layiqli həyat şəraitinin təmin olunması məsələlərini diqqət mərkəzində saxlayır. Dövlət başçısının son günlərdə imzaladığı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında", "Minimum aylıq əməkhaqqının artırılması haqqında", "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" fərmab və sərəncamları da məhz əhalinin sosial sosial vəziyyətinin yaxşılaşmasına hesablanıb. Millət vəkili Tahir Rzayev bildirib ki, Prezident İlham Əliyevin pensiyaların sığorta hissəsinin və minimum əmək haqqının artırılması barədə verdiyi sərəncam insanların rifahının yüksəldilməsinə xidmət edir. Dünyada kəskin xarakter alan iqtisadi böhran şəraitində Azərbaycanda həyata keçirilən çevik və məqsədyönlü islahatlar ilk növbədə əhalinin dövlət tərəfindən etibarlı sosial müdafiəsinin təmin edilməsinə yönəlib. Deputat dövlət başçısının əhalinin sosial müdafiəsini gücləndirməsi üçün daim lazımi tapşırıqlar verdiyini və bu istiqamətdə lazımi addımların atıldığını da söyləyib: "Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sərəncamların verilməsi mövcud iqtisadi şəraitdə ilk növbədə insanların sosial müdafiəsi məsələlərinin daim diqqətdə olduğunu göstərir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" fikrinin real əməllə bağlı olduğunu bir daha təsdiq edir. Bu, həm də sosial-iqtisadi inkişafın davam etdirilməsi məqsədilə ölkədə aparılan bütün işlərin əsasında ilk növbədə əhalinin sosial müdafiəsi məsələsinin dayandığını da göstərir". Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən daim zəruri addımlar atılır. R.Əliyev bildirib ki, dövlət başçısı tərəfindən minimum əmək haqqının artırılması bu baxımdan önəmlidir. Onun sözlərinə görə, minimum əmək haqqının artırılması bütövlükdə əməkhaqlarına təsir edir: "Dünyada baş verən qlobal böhran şəraitində Azərbaycan dövləti sosial məsələləri daim diqqət mərkəzində saxlayır. Ölkəmizdə hər zaman əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olub. Bu da Azərbaycanın sosialyönümlü dövlət olduğunun göstəricisidir". Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" və "Minimum aylıq əmək haqqının artırılması haqqında" 2017-ci il 21 yanvar tarixli sərəncamları ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması və ailə gəlirlərinin artırılması istiqamətində məqsədyönlü tədbirlərin cari ildə də davam etdirildiyinin əyani təzahürüdür. S. Müslümov bildirib ki, ötən dövrdə prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları nəticəsində ölkənin hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılması təmin olunub. Dünya iqtisadiyyatı üçün ağır, ciddi çətinliklərin yaşandığı, neftin qiymətinin 3-4 dəfə aşağı düşdüyü 2016-cı ildə də dövlət başçısının məqsədyönlü islahatları Azərbaycanın belə bir vəziyyətdən uğurla çıxmasına, respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində 5%, kənd təsərrüfatında 2,6% artım əldə olunmasına imkan verib: "Xüsusilə də belə şəraitdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması diqqətdə saxlanıldı. Prezident İlham Əliyevin təkcə ötən il imzaladığı 30-dək fərman və sərəncamla ümumilikdə 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38%-inə yönələn sosial ödənişlərin artırılması təmin edildi. Başqa sözlə, postenerji dövrü üçün xarakterik olan yeni iqtisadi idarəetmə modelinə keçidin ortaya çıxardığı çətinliklərdən əhalinin kompensasiyası üçün 600 milyon manatdan artıq vəsait yönəldildi. Sosial iqtisadi tədbirlər sosial rifah göstəricilərinin yüksəlməkdə davam etməsi, o cümlədən əmək haqlarının 7%, pensiyaların 8% artımı ilə müşahidə olundu". Nazir bildirib ki, 2006-cı il yanvarın 1-dən ölkəmizdə tətbiq edilən müasir sığorta-pensiya sistemi bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüquqlarının etibarlı müdafiəsi məqsədilə hər il əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur. Bu tədbir nəticəsində istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmaqla nəticə etibarilə əmək pensiyalarının ildən-ilə artırılması təmin olunur. 2007-ci ildən ötən müddətdə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən artıq 11 Sərəncam imzalanıb və həmin Sərəncamlar nəticəsində pensiyalarda mütəmadi artımlar edilib. "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 2017-cı il 21 yanvar tarixli Sərəncam da əmək pensiyalarında növbəti artımın edilməsini nəzərdə tutur". Deputat Musa Quliyev bildirib ki, prezidentin məlum fərmanı ilə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi daha dəqiq mexanizmlə təmin olunacaq, daha da güclənəcək və sosial müdafiənin ünvanlılıq prinsipi təmin olunacaq: "Əgər buna qədər istər enerji daşıyıcıları, istərsə də çörəklə bağlı qaçqın və məcburi köçkünlərə ayrılan normalar müvafiq qurumlar tərəfindən verilirdisə, bundan sonra hər məcburi köçkünə konkret 36 manat ayrılacaq və onlar birbaşa bu məblğdən istifadə edə biləcəklər: "Eyni zamanda, vəsait itkisinin qarşısı alınacaq, mexanizmlər sadələşəcək və hər bir qaçqın, məcburi köçkün ona ayrılan vəsaiti özünə uyğun şəkildə istifadə etmək imkanı qazanmış olacaq. Bu mənada prezidentin fərmanı irəliyə atılmış bir addımdır". M. Quliyevin sözlərinə görə, fərmanın mahiyyəti ondan ibarətdir ki, ayrılan müavinətlərin taleyi qaçqın və məcburi köçkünlərin özlərindən asılı olacaq, nəinki hansısa qurumdan: "Pul onların kartına oturulacaq, yaxud nağd şəkildə veriləcək, bu, artıq prinsipial deyil. Əsas odur ki, birbaşa özlərinə veriləcək".

 Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31