470 metropolitençinin peşə səviyyəsi təkmilləşdirilib

2015-2016-cı illərdə 64 nəfər qatar maşinisti köməkçisi ixtisası üzrə 6 aylıq hazırlıq kurslarına qatılıb və tədris prosesinin yekununda mərhələli imtahan veriblər.

2015-2016-cı illərdə 64 nəfər qatar maşinisti köməkçisi ixtisası üzrə 6 aylıq hazırlıq kurslarına qatılıb və tədris prosesinin yekununda mərhələli imtahan veriblər. "OLAYLAR"-a "Bakı Metropoliteni"nin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, 2016-cı ildə diaqnostika və metroloji təminat mərkəzinin, yol, elektromexanika və birləşmiş emalatxana xidmətlərinin 14 işçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sertifikat alması üçün təlim-tədris mərkəzində kurslar təşkil olunub. Komissiya tərəfindən sınaq imtahanı aparılıb, vəsiqələr verilib. Həmçinin 2016-cı ilin sonuna qədər başa çatdırılmış kurslarda tikinti departamenti üçün 10 nəfər tunel lokomotivi maşinisti, 20 nəfər isə sipər maşinisti, 25 nəfər ilməkçi və elektrik qaz qaynaqçısı hazırlanıb və müvafiq sertifikatlarla təmin ediliblər. Hazırda tikinti və istismar sahələrində 53 nəfər olmaqla, ilməkçi, elektrik qaz qaynaqçısı, qazan operatoru və kran maşinisti kursları yekunlaşıb, sertifikatlar təqdim olunub. Hesabat dövründə kadrların ixtisasartırma kurslarında, ümumən, 470 metropolitençi peşə səviyyəsini təkmilləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31