Dispetçerdən 2 kq narkotik götürülüb- Video

Lənkəranda avtovağzal dispetçeri 2 kiloqramdan çox narkotiklə tutulub.  Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının Səpnəkəran kəndində keçirdikləri əməliyyat zamanı "BMW" markalı "90-CA-666" dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılıb.

Lənkəranda avtovağzal dispetçeri 2 kiloqramdan çox narkotiklə tutulub.  Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının Səpnəkəran kəndində keçirdikləri əməliyyat zamanı "BMW" markalı "90-CA-666" dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılıb. Baxış zamanı maşında sərnişin qismində olan Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Məmmədov Akşin Aslan oğlundan 2 kq 105 qram tiryək və 100,369 qram psixotrop maddə olan metamfetamin götürülüb. O, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxsdən aldığını deyib. A. Məmmədov rayon avtovağzalında dispetçer işləyir.

Faktla bağlı cinayət işi başlanıb. Bu barədə APA-nın Cənub bürosunun məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31