Rusiya Dövlət Dumasının komitələri bu il Azərbaycanda birgə iclaslar keçirəcək

Rusiya Dövlət Dumasının komitələri bu il Azərbaycanda birgə iclaslar keçirəcək. Bu barədə "İzvestiya" qəzeti məlumat yayıb. Dövlət Duması 2017-ci il üçün federal büdcənin qəbulundan sonra beynəlxalq səfərlər planına düzəlişlər edib.

Rusiya Dövlət Dumasının komitələri bu il Azərbaycanda birgə iclaslar keçirəcək. Bu barədə "İzvestiya" qəzeti məlumat yayıb. Dövlət Duması 2017-ci il üçün federal büdcənin qəbulundan sonra beynəlxalq səfərlər planına düzəlişlər edib. Dumanın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski 2017-ci il üçün parlamentlərarası əməkdaşlıq prioritetlərinin MDB və BRİKS ölkələri olacağını söyləyib. Dumanın MDB ölkələri ilə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov MDBxətti ilə keçiriləcək tədbirlərin artdığını bildirib. O, Dövlət Dumasının 2017-ci ildə Azərbaycan və Qırğızıstanda birgə iclaslar keçirəcəyini söyləyib. Bu barədə APA-nın Moskva müxbiri xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31