Politoloq: “Biz torpaqlarımızı işğaldan azad edəcəyik”

“Dağlıq Qarabağda terrorçu ünsürlərin azad edilməsi istiqamətində ordumuzun əməliyyatlar aparacağı təqdirdə Rusiyanın hansı mövqedə olacağı barədə Azərbaycan jurnalisti Anar Həsənovun Rusiya xarici işlər naziri Serqey Lavrova  verdiyi sual cəmiyyətdə ciddi rezonanas doğurdu. Lavrov bu sualı cavablandırarakən birmənalı olaraq Azərbaycanın suverenliyini şübhə altına alan  bəyanat verdi və  torpaqlarımızın hərbi yolla geri qaytarara biləcəyimizin mümükünsüzlüyünü ifadə etdi. Həqiqətən də sualın qoyuluşu elə tərtib olunmuşdu ki, cavab yalnız birmənalı olmalı idi”. Bunu  politoloq Vasif Əfəndiyev deyib.

"Dağlıq Qarabağda terrorçu ünsürlərin azad edilməsi istiqamətində ordumuzun əməliyyatlar aparacağı təqdirdə Rusiyanın hansı mövqedə olacağı barədə Azərbaycan jurnalisti Anar Həsənovun Rusiya xarici işlər naziri Serqey Lavrova  verdiyi sual cəmiyyətdə ciddi rezonanas doğurdu. Lavrov bu sualı cavablandırarakən birmənalı olaraq Azərbaycanın suverenliyini şübhə altına alan  bəyanat verdi və  torpaqlarımızın hərbi yolla geri qaytarara biləcəyimizin mümükünsüzlüyünü ifadə etdi. Həqiqətən də sualın qoyuluşu elə tərtib olunmuşdu ki, cavab yalnız birmənalı olmalı idi". Bunu politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Rusiya naziri nə qədər təcrübəli olsa da ölkəsinin Dağlıq Qarabağla bağlı gerçək mövqeyini ört badır edə bilmədi: "Bu səbəbdən də bizim üçün nə qədər ağır olsa da gerçəyi eşitməli olduq. Bunun ardınca dövlət adamları, siyasi ekspertlər və ATV kanalı tərəfindən Lavrovun bu açıq bəyanatına təpkilər gəldi.

Dövlət başçısının reaksiyası da özünü çox gecikdirmədi. Prezident hərbi şəhərciyin açılışı mərasimində ordumuzun gücünün artırılması zərurətini vurğulayaraq bildirdi ki, Azərbaycan durmadan ordumuzun güclənməsi istiqamətində səylərini artıracaq. İqtisadi böhranın olmasına baxmayaraq dövlətimiz orduya olan diqqətini  bir an da olsa azaltmayıb. Bu da deməyə əsas verir ki, Azərbaycanın bütün siyasi təbəqəsi və xalqı ümummilli məsələdə heç bir güzəştə getməyəcək və biz torpaqlarımızı işğaldan azad edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31