Avtomobil su kollektoruna yuvarlanıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonu, Kürdəmiş kəndində avtomobilin su kollektoruna yuvarlanması barədə məlumat daxil olub. “Olaylar” nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar. Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:37-də başa çatıb.
24 Yanvar 2017 11:54 SosialFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonu, Kürdəmiş kəndində avtomobilin su kollektoruna yuvarlanması barədə məlumat daxil olub. "Olaylar" nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar. Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:37-də başa çatıb.