Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub
Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 6044 nəfərə yaxın şagird iştirak edəcək. Şagirdlər öz nəticələri barədə məlumatı yanvarın 24-dən etibarən aidiyyəti təhsil şöbələrindən (idarələrindən) ala bilərlər. Olimpiadanın növbəti mərhələsinin mart ayının ikinci ongünlüyündə keçirilməsi planlaşdırılır.
24 Yanvar 2017 11:45 SosialTəhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 6044 nəfərə yaxın şagird iştirak edəcək. Şagirdlər öz nəticələri barədə məlumatı yanvarın 24-dən etibarən aidiyyəti təhsil şöbələrindən (idarələrindən) ala bilərlər. Olimpiadanın növbəti mərhələsinin mart ayının ikinci ongünlüyündə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, yanvarın 15-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.