Etnoqrafıya elmi-fond şöbəsinin eksponatı – Külə-tat qadın geyim bəzəyi
Azərbaycanın milli-mədəni irsinin qorunmasında və təbliğində Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafıya elmi-fond şöbəsinin eksponatları mühüm əhəmiyyətə malikdi. Belə eksponatlardan biri də XIX əsr Quba sənətkarlığına məxsus Külə-Tat qadın geyim bəzəyidi.
23 Yanvar 2017 18:02 MədəniyyətAzərbaycanın milli-mədəni irsinin qorunmasında və təbliğində Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafıya elmi-fond şöbəsinin eksponatları mühüm əhəmiyyətə malikdi. Belə eksponatlardan biri də XIX əsr Quba sənətkarlığına məxsus Külə-Tat qadın geyim bəzəyidi.
Muzeydən "Olaylar" - a verilən məlumata görə əl işi olan geyim bəzəyi, qırmızı və göy rəngli ipək parçadan üçkünc formada tikilmiş, ətrafına metal sərmə, güləbətin bafta və kiçik rəngli parçalardan tikmə salınmışdır. Bu növ qadın geyim bəzəkləri maddi mədəniyyətin digər nümunələrindən daha çox xalqın milli xüsusiyyətini əks etdirir.
Eksponatın bərpaya ehtiyacı olduğundan Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı İ.Rəhimova tərəfindən ənənəvi üsullarla bərpa olunmuş və əvvəlki görkəminə qaytarılmışdı.