Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ilə bağlı “Reinkarnasiya” adlı sərgi keçiriləcək

Sərgidə muzeyin fəaliyyətində yenilik olan növbəti innovativ layihədə müasir Azərbaycan rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərlər nümayiş olunacaq.

Vernisajda rəssamlar Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Vüqar Quliyev, Aydın Əsgərov, Elşən Karaca, Emin Qəhrəmanov tərəfindən 15-ə yaxın rəngkarlıq və 5 heykəltəraşlıq əsəri yeni interpretasiyada, müasir baxış konteksində təqdim olunur. Əsas kimi götürülən əsərlərin müəllifləri arasında dünya incəsənətinin Yan Stik, İvan Ayvazovski, Jan Fraqonar, Smitri Antonelli, Pyotr Vereşagin, Cozef Bernar, Fransua Larşe kimi klassikləri və dünya təsviri incəsənətinin digər görkəmli nümayəndələri vardır.

Bu layihə artıq bir ənənə halını alaraq, şəhərimizin digər muzeylərində də keçiriləcək.

Sənətsevərlərin və mütəxəssislərin böyük marağına səbəb olacaq ekspozisiya muzeyin fəaliyyətində və eyni zamanda rəssamların yaradıcılığında yeni bir səhifə açacaqdır.

Sərgi 27 yanvar 2017-ci il tarixində, saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31