"ASAN xidmət” mərkəzlərindəki “Azərsu” ASC-nin xidmət bölmələrinə 26565 müraciət edilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir.
23 Yanvar 2017 16:59 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. 2016-cı ildə ASAN xidmət" mərkəzlərinin əhatə dairəsinin genişlənməsi daha böyük istehlakçı qruplarının "Azərsu" ASC-nin təqdim etdiyi xidmətlərdən istifadəsinə şərait yaradıb. "OLAYLAR"-ın xəbərinə görə, 2016-cı ildə "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "Azərsu" ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 26565 müraciət edilib. Müraciətlərin 7905-i smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, 5694-ü yararsız vəziyyətə düşmüş smart kartların bərpası, 4652-i abonent məlumatlarına dəyişikliklərin edilməsi ilə bağlı olub. Bununla yanaşı, məcburi köçkün qrupuna aid abonentlərin limitlərinin smart-karta yüklənməsi ilə bağlı 2156, ödənişlə bağlı 1907, borclar haqqında məlumatların verilməsi ilə bağlı 2113, digər məsələlərlə bağlı 2138 müraciət daxil olmuşdur. Ən çox müraciət (7382) Sabunçu rayonundakı 4 saylı "ASAN xidmət" mərkəzində qeydə alınıb.