“Parlamentə daxil olan sənədlərin müzakirəsinə şərait yaratmaq borcumuzdur”
Millət vəkili Rarael Cəbrayılov tərəfindən hazırlanan "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu parlamentin payız sessiyasının qanunvericilik iş planına salınsa da sənədin müzakirəsi baş tutmadı. Məlumata görə, sözügedın qanun layihəsi Milli Məclisin 2017-ci ilin yaz sessiyasının iş planına daxil edilib.
23 Yanvar 2017 15:06 SosialVitse-spiker: "Beynəlxalq təşkilatların reaksiyası bizim qanunvericilik fəaliyyətimizə mane ola bilməz"
Millət vəkili Rarael Cəbrayılov tərəfindən hazırlanan "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında" Konstitusiya qanunu parlamentin payız sessiyasının qanunvericilik iş planına salınsa da sənədin müzakirəsi baş tutmadı. Məlumata görə, sözügedın qanun layihəsi Milli Məclisin 2017-ci ilin yaz sessiyasının iş planına daxil edilib. Məsələ orasındadır ki, adıçıkilən qanun layihəsi millət vəkilləri tərəfindən birmənalı qarşılanmayıb. Məsələn, parlamentin hüquq siyasıti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sözügedən qanun layihəsinin çox vacib bir sənəd olduğunu deyib. Bildirilib ki, layihəyə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə yeni səlahiyyətlər verilir. Belə ki, Konstitusiya Məhkəməsi Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilə əsasında insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın Azərbaycan barədə qəbul etdiyi qərarların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu baxımından Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsini həll edəcək. Belə bir sənədin olması insan hüquqları sahəsində Azərbaycana qarşı onsuz da mövcud olan ikili standartların qarşısını alacaq. Deputat həmkarından fərqli olaraq millət vəkili Qüdrət Həsənquliyev adıçəkilən qanun layihəsinin parlamentin gündəliyinə salınmasına ciddi etirazını bildirib. Deputat fikrini onunla əsaslandırıb ki, biz belə qanun layihələrini gündəliyə salmaqla beynəlxalq təşkilatlara əlavə təzyiq imkanı yaradılır. Ona görə də belə bir qanunun müzakirə çıxarılmamasını təklif edib. Eləcə də bir sıra deputatlar belə bir qanun layihəsinin müzakirəyə çıxarılması və ya qəbulunu Azərbaycanı onunsuz da mənasız yerə hədəf seçən beynəlxalq təşkilatlarla əlavə fakt vermək kimi dəyərləndirirlər. Qeyd edək ki, layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra edilməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb. Onu da bildirək ki, Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və digər bir neçə qurumun üzvüdür. Hazırda qanun layihəsinin müzakirəsi parlamentin İnsan Hüquqları Komitəsinin də günədliyindədir. Millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradovaya məsələyə münasibət bildiriərək qeyd edib ki, hər bir deputat qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Deputat Rafale Cəbrayılov da bu hüquqdan istifadə edərək belə bir təşəbbüslə çıxış edərək, parlamentə qanun layihəsi təqdim edib: "Biz də öz növbəmizdə həm Milli Məclis, həm də parlamentarilər olaraq münasibətimizi bildirəcəyik. İndidən qanun layihəsi haqqında hansısa fikir söyləmək düz olmazdı. Bu, ancaq müzakirələr zamanı bəlli olacaq və hər bir deputat qanun layihəsi ilə bağlı ya özünün müsbər və ya neqativ fikrini ortaya qoyacaq. Sadəcə onu deyə bilərəm ki, hər halda adı çəkilən qanun layihəsi ciddi müzakirələrə səbəb olacaq". Komitə sədri əlavə edib ki, yəqin, millət vəkili qanun layihəsini hazırlayanda bütün bu sualların olacağını göz önünə alıb və mənə elə gəlir, o, qanunla bağlı ortaya çıxacaq suallara cavab verməyə də hazırdır: "Yəqin, o, qanun layihəsinin hansı zərurətdən ortaya çıxdığını əsaslandırmağa hazırdır. O baxımdan da indidən deyə bilmərik ki, qanun layihəsi millət vəkillərinin əksəriyyətinin dəstəyini qazanacaq ya yox". Beynəlxalq təşkilatların reaksiyasına gəldikdə isə komitə sədri deyib ki, beynəlxalq təşkilatlarının reaksiyası nə bizim qanunvericilik fəaliyyətimizə, nə də qanunvericilik təşəbbüslərimizə mane ola bilməz: "Əgər düşünürüksə ki, kimsə bizi xaricdən və ya daxildən tənqid edəcək və biz də bu tənqidə tuş gəlməmək üçün oturaq, mənə elə gəlir bu, düz yanaşma deyil. Bilirsiniz, hər bir millət vəkili və ya qanunvericilik təşəbbüsü ilə çıxış edən qurumların qanun layihəsi hazırlayıb, parlamentin müzakirəsinə çıxarmağa hüququ var. Milli Məclisə daxil olan qanun layihələrinə "hə" və ya "yox" demək ancaq millət vəkillərinin səlahiyyətindədir. Bu da, ancaq müzakirələr zamanı bəlli olur. Əgər müzakirəyə çıxarılan sənəd millət vəkillərinin dəsətəyini qazanırsa, o zaman qəbul olunur. Yox, dəstək almırsa, o zaman gündəlikdən çıxarılır. Odur ki, daxil olan sənədlərin müzakirəsinə şərait yaratmaq bizim borcumuzdur və bunu etməliyik. Ona görə də bizim tənqiddən çəkinib fəaliyyət göstərməyimiz düz deyil. Tənqid, qoy olsun. Cəmiyyət rəngarəngdir və qoy əks fikirlər də olsun. Cəmiyyətimiz demokratik cəmiyyət olduğundan belə fikirlər səslənir. Qanun layihəsinə gəldikdə isə onu da əlavə edim ki, əlbəttə, bu qanunla bağlı proses böyük vaxt tələb edir. İndidən bu qanunun zaman alacağını demək olar".
Alim