Filmlərimizin Dəkkə Beynəlxalq Film Festivalında nümayişi
“Dərs” və “Qırmızı bağ” bədii filmləri 15-ci Dəkkə Beynəlxalq Film Festivalında nümayiş olunub. Festival 12-20 yanvar tarixlərində Banqladeşin paytaxtı Dəkkə şəhərində keçirilib.
23 Yanvar 2017 15:08 Sosial"Dərs" və "Qırmızı bağ" bədii filmləri 15-ci Dəkkə Beynəlxalq Film Festivalında nümayiş olunub. Festival 12-20 yanvar tarixlərində Banqladeşin paytaxtı Dəkkə şəhərində keçirilib.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinistudiyasından "Olaylar" - a verilkən məlumata görə
"Dərs" tammetrajlı bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci "Kinoşok" Beynəlxalq Film Festivalının "KinoMalıŞok" proqramının "Ən yaxşı film", Belarusiyanın 23-cü "Listapad" Minsk Beynəlxalq Film Festivalının "Qızıl Listapadik" mükafatlarına layiq görülüb. "Dərs" filmi həmçinin Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalında nümayiş olunub.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdu.
Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.
Azərbaycan və Rusiyanın birgə istehsalı olan "Qırmızı bağ" filmi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Rusiyanın "WeiT Media" kino şirkətində lentə alınıb.