Uşaqların psixi sağlamlığı diqqət altındadı
Son illər psixi sağlamlıq sahəsinin inkişafına, xüsusilə də uşaq psixi sağlamlığına geniş qayğı və diqqət ayrılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu sahəyə aidiyyəti qurumlan cəlb etməklə adıçəkilən sahədə bir çox əhəmiyyətli işlər həyata keçirmiş, nailiyyətlər əldə etmişdi.
23 Yanvar 2017 15:16 SosialSon illər psixi sağlamlıq sahəsinin inkişafına, xüsusilə də uşaq psixi sağlamlığına geniş qayğı və diqqət ayrılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu sahəyə aidiyyəti qurumlan cəlb etməklə adıçəkilən sahədə bir çox əhəmiyyətli işlər həyata keçirmiş, nailiyyətlər əldə etmişdi.
Belə layihələrin davamı kimi AR Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində 16-20 yanvar 2017-ci il tarixlərdə 5 günlük treninq həyata keçirilib. Treninq xarici mütəxəssislər - "Psixiatriyada Qlobal Təşəbbüs"-Tbilisi təşkilatının əməkdaşları Nino Maxaşvili və Cana Cavaxişvili tərəfindən təqdim edilib. Treninq uşaqlarda rast gəlinən emosional və davranış pozuntuları haqqında geniş müzakirəyə çıxarıldı. Qeyd etmək lazımdır ki treninq zamanı Psixi Sağlamlıq Mərkəzində fəaliyyət göstərən "Ailə Yardim Mərkəzi"nin komandasına spesifik biliklər təqdim edildi. Treninq nəticəsində əldə edilmiş bilik və vərdişlər ehtiyacı olan ailələrə zəruri yardımın göstərilməsinə yönəldilib.
Qeyd edək ki, : "Azərbaycanda yuvenal ədliyyə islahatı məqsədilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi" Layihəsi Avropa İttifaqı tərəfindən dəstəklənən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən "Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" proqramı çərçivəsində İnkişaf Naminə Təşəbbüs İctimai Birliyi tərəfindən icra olunur. Layihənin xarici partnyoru isə dünyada geniş tanınmış "Psixiatriyada Qlobal Təşəbbüs" İctimai Birliyinin Gürcüstan nümayəndəliyidi.