Gündəm

Deputat AŞ PA-nı Ermənistana təzyiq göstərməyə çağırıb

27 Yanvar 2017 17:07

Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasını (AŞ PA) Suriya ermənilərini işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirən Ermənistana təzyiq göstərməyə çağırıb.

Obama öz memuarlarına görə 20 milyon dollar ala bilər

27 Yanvar 2017 17:05

ABŞ-ın sabiq prezidenti Barak Obama öz memuarları üçün 20 milyon dollar ala bilər. Bu qiyməti "The Hollywood Reporter" jurnalına "International Creative Management Partners" agentliyinin nəşr qrupunun rəhbəri Ester Nyuberq verib.

Aydın Əliyev Ukrayna Gömrük Xidmətinin nümayəndə heyəti ilə görüşüb

27 Yanvar 2017 16:41

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. DGK-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Komitə sədri A. Əliyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açıb və Azərbaycan-Ukrayna əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Ekspert: “Səfirliklərdə ticarət nümayəndələrinin təyin edilməsi vacib məsələdir”

27 Yanvar 2017 16:39

“Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalamasında birbaşa məqsəd ölkəmizin ixracat qabiliyyətini artırmaqdır”. Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, prezidentin belə bir fərman verməsi vacib idi: "Dövlət başçısının göstərişi ilə yaradılan Azərbaycan brendi çərçivəsində müxtəlif ölkələrdə, o cümlədən Avropa ölkələrində ölkəmizinin məhsullarının tanıdılması ilə bağlı işlər həyata keçirilib.

Şahid: “Hər şeyə Vidadi Zeynalov nəzarət edirdi“ - "RABİTƏ İŞİ"

27 Yanvar 2017 16:29

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Ermənistan seçkiləri təxirə salmaqla növbəti şousunu keçirmək niyyətindədir”

27 Yanvar 2017 16:25

“Ermənistanda aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təxirə salınması ötən ilin aprel döyüşləri ilə bağlıdır”. Bunu  politoloq İlqar Vəlizadə deyib.

"Cocuq Mərcanlıya qayıdış hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradıb"

27 Yanvar 2017 16:24

"Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı nəinki hazırda bərpasına başlanılan Cocuq Mərcanlı kəndinin sakinlərində, hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradıb". Bunu  Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

Bakı şəhər birinciliyi keçirilib

27 Yanvar 2017 16:22

Respublika Şahmat Mərkəzində 2003 – 2004-cü il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən “OLAYLAR”-a bildirilib ki, yarışda 61 nəfər idmançı iştirak edib.

“Bərpaolunan enerji” mövzusunda seminar keçirilib

27 Yanvar 2017 16:19

Bakı Ali Neft Məktəbində “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda növbəti seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, seminarda dövlət orqanlarının, AMEA institutlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, bir sıra şirkətlərin nümayəndələri, o cümlədən müstəqil ekspertlər, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Sayğaclar kimin hesabına quraşdırılmalıdır?

27 Yanvar 2017 16:20

Redaksiyamıza daxil olan sorğularda vətəndaşların ən çox maraqlandıqları məsələlərdən biri də sayğaclarla bağlıdır. Belə ki, vətəndaşlar soruşurlar ki, işıq, qaz və su sayğacları kimin hesabına quraşdırılmalıdır? Hüquqşünas Alim Hüseynli bildirib ki, bu məsələ qanunvericilikdə aydın şəkildə öz əksini tapıb.

Rusiya Qərbə qarşı siyasi sipər formalaşdırmaqdadır

27 Yanvar 2017 16:18

“Rusiya Gürcüstanda Mixail Saakaşvilinin " Milli Hərəkat" Partiyasını parçaladı və onun Gürcüstan siyasətinə təsirini sıfırlamaqdadır. Ümumiyyətlə Rusiya post-sovet ölkələrində Kremlə yaxın qüvvələri hakimiyyətə gətirməyə çalışır və bu məqsədlə Rusiyameyilli partiya və siyasətçiləri maliyyələşdirməkdə və dəstək verməkdədir”.

Şura sədri: “Xarici donor institutları Azərbaycanda fəaliyyətini çox rahat şəkildə quracaqlar”

27 Yanvar 2017 16:17

“Ötən il QHT-hökumət dialoqunun nəticəsi olaraq xarici donorların qrant verilmə proseduru ölkə Prezidneti tərəfindən sadələşdirilib və vahid pəncərə sistemi tətbiq edilib”. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Tramp Rusiya əleyhinə sanksiyaları ləğv edir

27 Yanvar 2017 16:02

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması barədə sərəncam hazırlayıb.

İŞİD əmiri İstanbulda TUTULDU

27 Yanvar 2017 16:01

İstanbul polisi, İŞİD-in tacik əsilli əmirini ələ keçirib. Polisin əməliyyatı zamanı daha 3 şübhəli saxlanılıb. İŞİD-in özbək, qazax, tacik və çin əsilli əmiri olduğu iddia edilən A.K.-nın terrorçuların Suriyaya gediş-gəlişini təşkil etdiyi bildirilib. Bu barədə Milli.az sözcü-yə istinadən xəbər verir.

Rusiya krediti də bəs etmədi

27 Yanvar 2017 15:51

Ermənistan Rusiya tərəfi ilə 200 milyon dollar kredit çərçivəsində silah tədarükü ilə bağlı danışıqları davam etdirəcək. Bunu müdafiə naziri Vigen Sarkisyan deyib.