Rusiya krediti də bəs etmədi

Ermənistan Rusiya tərəfi ilə 200 milyon dollar kredit çərçivəsində silah tədarükü ilə bağlı danışıqları davam etdirəcək. Bunu müdafiə naziri Vigen Sarkisyan deyib.

Ermənistan digər ölkələrdən silah almaq istəyir

Ermənistan Rusiya tərəfi ilə 200 milyon dollar kredit çərçivəsində silah tədarükü ilə bağlı danışıqları davam etdirəcək. Bunu müdafiə naziri Vigen Sarkisyan deyib.

Nazir qeyd edib: "Rusiya ilə qarşılıqlı fəaliyyət və KTMT çərçivəsində aldıqlarımız silahlı qüvvələrimizin ən müasir silahlara olan ehtiyacını ödəyə bilmir.

Buna görə də biz həm Rusiya bazarında, həm də digər ölkələrdən olan tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində silahlı qüvvələrimizin ehtiyacını qarşılamaq üçün bütün imkanlardan istifadə edirik". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31