Gündəm
Nardaran hadisələri ilə bağlı təqsirləndirilən şəxslərin məhkəməsi davam edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ötən il yol-hərəkəti qaydalarını pozan üç milyona yaxın şəxsə protokol tərtib edilib
"Azərbaycanda yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında artıq dördüncü ildir ki, nəzərəçarpan azalma müşahidə olunur".
Nazir: “Vətəndaşları Azərbaycandan kənarda silahlı münaqişələrə cəlb edən şəxslər məsuliyyətə cəlb olunub”
"Ötən il dini ekstremizmə qarşı mübarizə tədbirləri davam etdirilərək əsas diqqət dini radikalizmin və dini fanatizmin təbliğatını aparan, vətəndaşları ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb edən şəxslərin müəyyənləşdirilməsinə yönəlib".
Azərbaycan humanitar əlaqələrin möhkəmlənməsi üçün beynəlxalq meydana çevrilib
Azərbaycan sübut edib ki, sülhə nail olmaq üçün ən yaxşı vasitə tolerantlıqdır və bu gün Azərbaycan mədəniyyətlərarası, dinlərarası dialoq və humanitar əlaqələrin möhkəmlənməsi üçün beynəlxalq meydana çevrilib.
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarını təltif etdi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Güləşçilərimiz Rusiyada Qran Pri yarışlarına qatılıb
Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Qran Prisi keçirilir. Bu barədə məlumat “OLAYLAR”-a Azərbaycan Güləş Federasiyasından daxil olub. Bildirilib ki, sayca 28-ci dəfə keçirilən beynəlxalq turnirin qadın güləşi yarışlarında Elis Manolova (69 kq) ölkəmizi təmsil edir. İlk görüşündə ABŞ təmsilçisi Tamira Mensaha uduzan təmsilçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Monoqlustan idmançısı Tsetsegbayar Byambadorju məğlub edən güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq. Həlledici görüşdə Elis Manolova Rusiya təmsilçisi Xanım Vəliyeva ilə qarşılaşacaq. İlk yarış gününün final görüşləri yerli vaxtla saat 19:00-da başlayacaq
Bakcell abunəçiləri səfərdə olarkən dünyanın 28 ölkəsində hər meqabayt üçün cəmi 1 qəpik ödəyirlər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti xarici ölkələrə səfər edən abunəçilərinə rouminqdə olarkən internetə ən sərfəli şərtlərlə çıxışı təmin etmək üçün dünyanın daha 7 aparıcı telekommunikasiya operatoru ilə yeni razılaşmalar imzalayıb.
Kəlbəcərli seçicilərlə görüş keçirilib
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə millət vəkilinin tapşırığına əsasən növbəti görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, qəbulu aparan Millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı daim dövlət siyasətinin əsasında dayanıb. Bu siyasi kursun təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.
“75 məktəb” layihəsi çərçivəsində seminarlar keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “75 məktəb” layihəsi çərçivəsində keçirilən seminarlar davam edir. “OLAYLAR”-ın xəbərinə görə, vaxtın idarə olunması, peşə seçimi, imtahana effektiv hazırlaşmaq kimi mövzuları əhatə edən “Müvəffəq məktəbli” adlı seminarların keçirilməsində məqsəd IX sinif şagirdlərinin imtahana hazırlıq prosesinə və düzgün peşə seçminə dəstək olmaqdır. Seminarlar “Dərs Evi” Tədris Mərkəzinin Məktəb Proqramı üzrə koordinatoru və fənn müəllimləri tərəfindən aparılır. “Müvəffəq məktəbli” adlı seminarların “75 məktəb” layihəsinə cəlb edilən məktəblərin hər birində keçirilməsi nəzərdə tutulub. Layihəyə cəlb olunan 19 ümumi təhsil müəssisəsində seminarlara yekun vurulub.
Azərbaycan diasporu özbək tarixçinin müdafiəsinə qalxıb
Özbək tarixçi-publisist Şuxrat Salamovun (Barlas) hüquqlarının müdafiəsi bağlı komissiya yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Mərkəzinin rəhbəri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Mobil Məmmədovun təşəbbüsü ilə yaradılanKomissiya çərçivəsində vəkillər qrupu fəaliyyət göstərir. Vəkillər qrupuna Özbəkistan-Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri tanınmış hüquqşünas Fatimə Piriyeva rəhbərlik edir.
İnterpol tərəfindən axtarışa verilən 112 nəfərin yeri müəyyən edilib
Ötən il İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 75 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 37 şəxsin yeri müəyyən olunub.
15 yaşlı baldızını qaçıran şəxs HƏBS EDİLDİ - Cəlilabadda
Ötən il sentyabrın 23-də Cəlilabad rayonunun Məmmədrzalı kəndində yaşayan 15 yaşlı Aynurə Nağıyevanı qaçırmaqda təqsirləndirilən rayonun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlüMəmmədov Ələmdər Əli oğlu həbs edilib.
Ramil Usubov: "Ötən il 52 nəfər xidmətdən xaric edilib, 42 nəfər vəzifədən azad olunub"
Bu gün Daxili İşlər Nazirliyində 2016-cı ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Ötən il Azərbaycanda 1032 cinayətkar qrup zərərsizləşdirilib
Ötən il Azərbaycanda 2755 cinayət törədən 1032 qrup zərərsizləşdirilib. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün keçirdiyi kollegiya iclasında bildirib. O, qeyd edib ki, 2016-cı ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26611 cinayət qeydə alınıb. Onların 94 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85,4 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,6 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.
Hökumətdən Rusiyaya yalvarış: qaytarmayın, pul yoxdur
Tacikistan səfirliyinin diplomatları Rusiyaya öz vətəndaşları üçün işləmək qaydalarını asanlaşdırmağı təklif edirlər.













