Gündəm

Şura 2016-cı ildəki fəaliyyətinə dair hesabat konfransı keçirib

27 Yanvar 2017 18:54

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabat konfransı keçirib. Toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev şəffaflıq və hesabatlılığın rəhbərlik etdiyi qurumun ən vacib prinsiplərindən olduğunu vurğulayıb: “Şura kollegial orqan olaraq bu gün 2016-cı ildəki fəaliyyətinə dair ictimaiyyət qarşısında geniş hesabatla çıxış edir. Ötən il Şura QHT-lərin 556 layihəsinin maliyyələşdirilməsinə 5 369 535 manat vəsait ayırıb. Bu layihələrin icrasına 2018 nəfər işçi cəlb olunub. 45 televiziya verilişi, 29 sosial çarx, 25 film çəkilib, 23 sayt yaradılıb. Maliyyələşən layihələr üzrə ölkənin 54 şəhər və rayonlarında müxtəlif tədbirlər həyata keçirilib”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

27 Yanvar 2017 18:48

Yanvarın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Prezidentin sərəncamı bizə imkan verir ki, qayıdış proqramımızı təcrübədən keçirək

27 Yanvar 2017 18:44

“Cocuq Mərcanlı kəndi hələ Horadiz  əməliyyatı zamanı işğaldan azad olunub. Lakin o ərazilər daim ermənilərin atəşi altında olduğu üçün qəsəbədə yaşamaq mümkün deyildi. Ötən ilin 2-4 aprel tarixlərində həyata keçirilən əməliyyatlar zamanı iki yüksəklik, o cümlədən Lələtəpə yüksəkliyi azad edildi və 10 minlərlə hektarlarla torpaq geri qaytarıldı. Bundan sonra Cocuq Mərcanlıda yaşayış imkanı yarandı”.

Nəsimi rayonunda “Qan ver - həyat xilas et” qanvermə aksiyası keçirilmişdir

27 Yanvar 2017 18:41

Azərbaycanda  son illər talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunu tətbiq edilməsi barədə” Prezident fərmanına uyğun olaraq, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş tədbirlər proqramlarının həyata keçirilməsi bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.

AMEA Naxçıvan Bölməsində doktorant və dissertantların minimum imtahanı keçirilib

27 Yanvar 2017 18:39

AMEA Naxçıvan Bölməsinin İnformasiya-Kommunikasiya Texnologiyaları otağında doktorant və dissertantların “İnformatika” ixtisası üzrə doktorluq minimum imtahanı təşkil olunub.

Sərəncam Qarabağa dönüş yolundakı siyasətin bir mərhələsidir

27 Yanvar 2017 18:36

“Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı Qarabağa böyük dönüş yolunda yürüdülən siyasətin bir mərhələsidir”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

İstanbulu bir-birinə qatan terrorçu haqda QƏRAR VERİLDİ - VİDEO

27 Yanvar 2017 18:34

AK Partiya İstanbul İl Başçılığı və İstanbul Təhlükəsizlik İdarəsinin binasında təşkil edilən silahlı hücumlarla əlaqədar nəzarətə alınan DHKP-C-çi terrorçu Şərəf Turunc barəsində həbs qərarı çıxarılıb.

Toğrul Allahverdili: “Sərəncam erməni xalqında şok effekt yaradıb”

27 Yanvar 2017 18:31

“Cənab Prezidentin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı Qarabağın və ətraf 7 rayonun işğaldan azad olunmasına ümidi daha da artırır”. Bunu  Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.

Məşhur aktyor canlı yayımda İNTİHAR ETDİ

27 Yanvar 2017 18:24

33 yaşlı ABŞ-lı aktyor Jay Bovdi Facebook vasitəsilə etdiyi canlı yayım zamanı intihar edib. Həyəcan xəbəri sonrası Bovdinin avtomobilinə yaxınlaşan polislər məşhur aktyorun cansız bədəniylə qarşılaşıblar.

Təhsil Nazirliyi Macarıstanda təhsillə bağlı xidmət göstərən şirkətlər barədə açıqlama yayıb

27 Yanvar 2017 18:22

Təhsil Nazirliyi xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə açıqlama yayıb. Nazirlikdən  verilən xəbərə görə, vətəndaşların diqqətinə çatdırılır ki, Təhsil Nazirliyi 11 noyabr 2014-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsillə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. 

Aİ ilə Azərbaycan arasında energetika, nəqliyyat və ətraf mühitə dair alt komitənin iclası keçirilib

27 Yanvar 2017 18:21

"Dünən və bu gün Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıqla bağlı energetika, nəqliyyat və ətraf mühitə dair alt komitənin iclası keçirilib".

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa dair yeni sənəd layihəsi hazırlayıb

27 Yanvar 2017 18:19

Avropa Komissiyasının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə idarəsinin baş direktoru Kriatian Danielson və Avropa Xarici Siyasət Xidmətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə İdarəsinin icraçı direktoru Tomas Mayr-Harting yanvarın 31-də Azərbaycana gəlir.

Olland: “Tramp administrasiyası Avropa İttifaqı üçün çağırışdır”

27 Yanvar 2017 18:18

“Tramp administrasiyası Avropa İttifaqı üçün çağırışdır, xüsusən də kommersiya sahəsində”. Bunu Fransa  prezidenti Fransua Olland Almaniya kansleri Angela Merkellə  keçirdiyi birgə mətbuat  konfransında deyib. 

ABB "İnter" klubunun sponsorluğunu dayandırıb

27 Yanvar 2017 18:15

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İdarə Heyəti "İnter" peşəkar idman klubuna bank tərəfindən sponsorluğun dayandırılmasına qərar verib.

Qarabağ bölgəsi üzrə şahmat turniri keçirilib

27 Yanvar 2017 18:14

Ağcabədi  rayon Şahmat  məktəbində  “Qarabağ mübarizləri” layihəsi çərçivəsində Şahmat turniri təşkil olunub. “OLAYLAR”-ın xəbərinə görə, Rayon İcra Hakimiyyətin , Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Ağcabədi Rayon Gənclər və İdman idarəsi ilə “İnnovativGənclər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbiri giriş sözü ilə açan  İctimai Birliyin sədri Raul Əhmədov ölkədə uğurla həyata keçirilən gənclər siyasəti və qarşıda keçiriləcək növbəti yarışlar haqqında ətraflı məlumat verib.