Qarabağ bölgəsi üzrə şahmat turniri keçirilib

Ağcabədi  rayon Şahmat  məktəbində  “Qarabağ mübarizləri” layihəsi çərçivəsində Şahmat turniri təşkil olunub. “OLAYLAR”-ın xəbərinə görə, Rayon İcra Hakimiyyətin , Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Ağcabədi Rayon Gənclər və İdman idarəsi ilə “İnnovativGənclər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbiri giriş sözü ilə açan  İctimai Birliyin sədri Raul Əhmədov ölkədə uğurla həyata keçirilən gənclər siyasəti və qarşıda keçiriləcək növbəti yarışlar haqqında ətraflı məlumat verib.

Ağcabədi  rayon Şahmat  məktəbində  "Qarabağ mübarizləri" layihəsi çərçivəsində Şahmat turniri təşkil olunub. "OLAYLAR"-ın xəbərinə görə, Rayon İcra Hakimiyyətin , Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Ağcabədi Rayon Gənclər və İdman idarəsi ilə "İnnovativGənclər" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbiri giriş sözü ilə açan  İctimai Birliyin sədri Raul Əhmədov ölkədə uğurla həyata keçirilən gənclər siyasəti və qarşıda keçiriləcək növbəti yarışlar haqqında ətraflı məlumat verib. Rayon Gənclər və İdman idarəsinin nümayəndəsi Cavid Bünyadov gənclərə uğurlar arzulayaraq möhtərəm Prezident cənab İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, yarışın keçirildiyi Şahmat məktəbi möhtərəm prezident İlham Əliyevin İdmana olan diqqət və qayğısı nəticəsində 2011 cil ilin may ayından istifadəyə verilərək iri miqyaslı yarışların, turnirlərin mərkəzinə çevrilib. Turnirin baş hakimi Həsənova Yeganə öz çıxışında Şahmat və ümumilikdə idman sahəsində əldə olunan böyük nailiyyətlərdən bəhs edərək keçirilən yarışda gənclərə uğurlar arzulayıb. Yarış baş hakim Yeganə  Həsənovanın aparıcılığı ilə gərgin mübarizə şəraitində keçirilib. Qarabağ bölgəsini əhatə edən 50 nəfərlik 5 komandanın iştirakı ilə baş tutan yarışda turnirin qalibi olan Ağcabədi "Lider" komandasının üzvləri kubok və sertifikatlarla təltif olunublar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31