AMEA Naxçıvan Bölməsində doktorant və dissertantların minimum imtahanı keçirilib
AMEA Naxçıvan Bölməsinin İnformasiya-Kommunikasiya Texnologiyaları otağında doktorant və dissertantların “İnformatika” ixtisası üzrə doktorluq minimum imtahanı təşkil olunub.
27 Yanvar 2017 18:39 SosialAMEA Naxçıvan Bölməsinin İnformasiya-Kommunikasiya Texnologiyaları otağında doktorant və dissertantların "İnformatika" ixtisası üzrə doktorluq minimum imtahanı təşkil olunub.
AMEA-nın İnformasiya və Texnologiyalar İnstitutunun Tədris Mərkəzinin direktoru, akademik Rasim Əliquluyevin sədrlik etdiyi imtahan komissiyasına həmin müəssisənin texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və Rəsmiyyə Mahmudova daxildirlər.
İmtahana AMEA-nın İnformasiya və Texnologiyalar İnstitutunun Tədris Mərkəzinin sektor müdiri Samirə Ocaqverdiyeva və həmin mərkəzin proqramçısı Raqif İsmayılov nəzərət edib.
Elektron test üsulu ilə keçirilən imtahanda AMEA Naxçıvan Bölməsinin 3 dissertantı, Azərbaycan Dövlər Aqrar Unversitetinin isə 1 doktorantı iştirak edib. İmtahan bitdikdən sonra nəticələr elan olunub. Nəticələrə əsasən iştirakçıların 3 nəfəri növbəti mərhələyə keçib.
Məlumat üçün qeyd edək ki, AMEA Naxçıvan Bölməsinin İnformasiya-Kommunikasiya Texnolojiyaları otağı ötən il yaradılıb.