İstanbulu bir-birinə qatan terrorçu haqda QƏRAR VERİLDİ - VİDEO

AK Partiya İstanbul İl Başçılığı və İstanbul Təhlükəsizlik İdarəsinin binasında təşkil edilən silahlı hücumlarla əlaqədar nəzarətə alınan DHKP-C-çi terrorçu Şərəf Turunc barəsində həbs qərarı çıxarılıb.

AK Partiya İstanbul İl Başçılığı və İstanbul Təhlükəsizlik İdarəsinin binasında təşkil edilən silahlı hücumlarla əlaqədar nəzarətə alınan DHKP-C-çi terrorçu Şərəf Turunc barəsində həbs qərarı çıxarılıb. Vətən Prospektindəki Təhlükəsizlik binası və AK Partiya İl Başçılığına silahlı hücumlar reallaşdırdıqdan sonra Esenyurtda polis dəstəsinə atəş açıb qaçan terrorçu Şərif Turunçu Tekirdağda tutulmuşdu.

Onu da qeyd edək ki, Şərif Turunçun axtarışda olan terrorçular siyahısında olduğu, başına 300 min lirə mükafat qoyulduğu ifadə edilmişdi.  Bu barədə Milli.Az haberler-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31