Gündəm

Rimma Abdullayeva vəfat edib

27 Yanvar 2017 21:24

Demet Akalına 6 milyonluq təklif

27 Yanvar 2017 20:02

Müğənni Demet Akalına evlilik proqramı üçün aparıcılıq təklif edilib.  O, bu təklifi qəbul edərsə, ildə 12 milyon lirə (təxminən 6 milyon manat) qazanacaq. Müğənni "Renkli sayfalar" proqramına telefonla qatılaraq yayılan xəbərləri doğrulayıb, lakin qəbul edib etməyəcəyi barədə seçim qarşısında qaldığını deyib.

Ancelina Coli və Bred Pitin intim münasibətləri üzə çıxacaq

27 Yanvar 2017 19:55

Boşanma ərəfəsində olan Ancelina Coli və Bred Pitin intim münasibətləri sənədli film olacaq. 52 yaşlı rejissor Yen Qalperin Hollivudun məşhur cütlüyünün həyatını öyrənmək üçün bir neçə ilini sərf edib. 

İnnovativ cihaz istirahət üçün ideal məkanı seçməyə kömək edəcək

27 Yanvar 2017 19:50

Britaniyanın “Explore” turizm şirkəti “fikri oxuyan” və insana səyahət üçün seçim etməyə kömək edən yüksək texnoloji unikal sistem təqdim edib.

Alimlər insan dərisi çap edən “3D” printer yaradıblar

27 Yanvar 2017 19:45

İspaniyalı alimlər insan dərisi çap edən bioprinter nümayiş etdiriblər. III Karlos adına Madrid Universiteti, Enerji, Ətraf Mühit və Texnologiyalar üzrə Araşdırma Mərkəzi, həmçinin Qreqorio Maranyon adına  Madrid Universitet hospitalından olan alimlər qrupu bioloji materiallar çap edən “3D” printer düzəldiblər. Araşdırmalara görə, əldə edilmiş dəri tamamilə funksionaldır, tibb və transplantasiyada tətbiq oluna, həmçinin kosmetik məhsul və məişət kimyasının sınaqlarında istifadə edilə bilər. Süni insan dərisi biomürəkkəbin köməyi ilə yaradılır. Süni dəri əsl insan dərisinin quruluşunu təkrarlayaraq lay-lay çap olunur.

2016-cı ildə qlobal smartfon istehsalının həcmi 4.7% artıb

27 Yanvar 2017 19:39

“TrendForce” analitik şirkətinin ekspertlərinin məlumatına görə, 2016-cı ildə qlobal smartfon istehsalının həcmi 4.7% artaraq 1.36 milyard aparat təşkil edib. Mütəxəssislər qeyd ediblər ki, “Samsung” şirkəti “Galaxy Note 7” qurğusu ilə bağlı uğursuzluğa baxmayaraq smartfon bazarının lideri adını qoruyub saxlayıb.

“Gmail” elektron poçt xidməti “JavaScript” fayllarını bloklayacaq

27 Yanvar 2017 19:33

“Google” şirkətinin rəsmisi elan edib ki, tezliklə “Gmail” elektron poçt xidməti məktublara bərkidilmiş “JavaScript” fayllarını bloklamağa başlayacaq. Beləliklə, ".js" fayl genişlənməsi qadağan edilmiş genişlənmələr siyahısına (".exe", ".msc" və ".bat") əlavə ediləcək. Yenilik aktivləşən kimi istifadəçilər öz məktublarına “JavaScript” fayllarını bərkidə bilməyəcəklər. Buna cəhd etdikdə ekranda həmin faylın bloklanması haqda xəbərdarlıq görsənəcək.

Kıvanç Tatlıtuğ xanımına görə əsəbiləşdi: "Tərbiyəsizlik etmə!"

27 Yanvar 2017 19:29

Stilist Başak Dizer dünən aktyor əri Kıvanç Tatlıtuğla fotosunu paylaşıb. Bəzi istifadəçilər Başakı təhqir edən mesjalar yazıblar. Bu vəziyyət Kıvançı əsəbiləşdirib. O, mənfi şərhlərə cavab yazıb: "Tərbiyəsizlik etmə! Sənin "o şəxs" dediyin insanın adı Başak, soyadı Tatlıtuğdur.

Demetin boşanma məhkəməsi başladı - ərindən 10 milyon tələb edir

27 Yanvar 2017 19:23

Keçmiş model Demet Şener və keçmiş basketbolçu İbrahim Kutluayın boşanma məhkəməsi baş tutub. Tərəfləri təmsil edən vəkillər İstanbul 14-cü Ailə Məhkəməsində üz-üzə gəliblər. İki saat davam edən məhkəmədə vəkillər dəlil və şahidləri məhkəməyə təqdim ediblər. 

Beren Saat "Ən seksual aktrisa" seçildi

27 Yanvar 2017 19:19

Latın Amerikasında təşkil olunan mükafatlandırma mərasimində aktrisa Beren Saat da iştirak edib.  Beren "Ən yaxşı aktrisa" və "Ən seksual aktrisa" nominasiyaları üzrə birinci seçilib.

Ukraynalı modeli Türkiyədə zorladılar

27 Yanvar 2017 19:15

Ukraynalı model 2 il əvvəl Türkiyədə zorlanıb. Ukraynalı 17 yaşlı fotomodel Diana R. Türkiyədə, avtobusda təcavüzə uğrayıb. 

Diqqət: Qocalma heç də həmişə demensiya ilə nəticələnmir

27 Yanvar 2017 19:10

Cenevrədə Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 140-cı sessiyası davam edir.  BMT-nin Xəbərlər Mərkəzinin məıumatında deyilir ki, sessiya iştirakçıları yaddaşın, təfəkkürün və davranışın deqradasiya etdiyi sindroma - demensiyaya qarşı mübarizə planını müzakirə edəcəklər.

Hadisənin xəyalındakı evlilik təklifi: "Belə bir mahnı ilə qarşıma çıxıb..." - VİDEO

27 Yanvar 2017 19:05

"O ses Türkiye"nin ötən gün yayımlanan bölümündə münsiflər kürsüsündə oturan Hadisə türküləri çox sevdiyini bildirib. O, verilişdə xəyalındakı evlilik təklifindən danışıb. Bu barədə Milli.az "gecce magazin"ə istinadla xəbər verir.

Ata-bala "Milan"da bir araya gəlirlər

27 Yanvar 2017 19:00

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda klubunu dəyişməyə hazırlaşır. Argentinalı mütəxəssis karyerasını İtaliyada davam etdirə bilər. Çünki "Milan" klubu onun xidmətində maraqlıdır. "Rossonyerlər" hazırkı çalışdırıcı Vinçentso Montellanın yerinə ən real namizəd sayılan Simeone ilə danışıqlara başlayıb. İtaliya təmsilçisi hətta Simeoneni razı salmaq üçün onun "Cenoa"dakı oğlu Covanni Simeoneni də transfer etməyə hazır olduğunu bildirib.

"Sovetski" GÜCLÜ YANĞIN: ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO

27 Yanvar 2017 18:56

Bakının "Sovetski" adlanan ərazisindəki yaşayış binasında güclü yanğın baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib, daha bir bina sakini isə əlindən xəsarət alıb.