"Sovetski" GÜCLÜ YANĞIN: ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO

Bakının "Sovetski" adlanan ərazisindəki yaşayış binasında güclü yanğın baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib, daha bir bina sakini isə əlindən xəsarət alıb.

Bakının "Sovetski" adlanan ərazisindəki yaşayış binasında güclü yanğın baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib, daha bir bina sakini isə əlindən xəsarət alıb.

Yanğının söndürülməsi işləri davam etdirilir. Trend.az

***

FHN-nin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov  bildirib ki, hadisə "Sovetski"də, Şahmat məktəbinin yaxınlığında qeydə alınıb, 3 mərtəbəli yaşayış binasında baş verib.

Hadisə zamanı binanın taxta konstruksiyaları yanıb. Hadisə yerinə 10 yanğınsöndürən briqada cəlb edilib. Yanğının yaxınlıqdakı binalara keçməsinin qarşısı alınıb. Milli.az

***

Paytaxtın Səbail rayonunda yanğın baş verib. Hadisə yerinə 6 yanğınsöndürmə maşını göndərilib. Bakının "Sovetski" kimi tanınan ərazisində yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Akademik Milli Dram Teatrı yaxınlığında qeydə alınıb.  Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31