Beren Saat "Ən seksual aktrisa" seçildi
Latın Amerikasında təşkil olunan mükafatlandırma mərasimində aktrisa Beren Saat da iştirak edib. Beren "Ən yaxşı aktrisa" və "Ən seksual aktrisa" nominasiyaları üzrə birinci seçilib.
27 Yanvar 2017 19:19 DünyaLatın Amerikasında təşkil olunan mükafatlandırma mərasimində aktrisa Beren Saat da iştirak edib. Beren "Ən yaxşı aktrisa" və "Ən seksual aktrisa" nominasiyaları üzrə birinci seçilib. Peru TV-nin təşkil etdiyi "Latina Turkish Awards" festivalında internet üzərindən 1 milyon izləyici arasında keçirilən səsverməyə görə, kanalda yayımlanan "Aşk-ı Memnu" serialı ilin ən yaxşı serialı ilə yanaşı 9 fərqli mükafat qazanıb. Həmçinin, eyniadlı serialda "Matmazel Deniz" obrazını canlandıran Zerrin Tekindor "Unudulmaz xarakter", "Firdevs Yüreoğlu" obrazına görə isə Nebahat Çehre "Ən yaxşı köməkçi aktrisa" mükafatını qazanıb. "Fatmagülün suçu ne?" serialı isə "İlin əfsanəvi serialı" mükafatına layiq görülüb. Bu barədə Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir.