Demetin boşanma məhkəməsi başladı - ərindən 10 milyon tələb edir
Keçmiş model Demet Şener və keçmiş basketbolçu İbrahim Kutluayın boşanma məhkəməsi baş tutub. Tərəfləri təmsil edən vəkillər İstanbul 14-cü Ailə Məhkəməsində üz-üzə gəliblər. İki saat davam edən məhkəmədə vəkillər dəlil və şahidləri məhkəməyə təqdim ediblər.
27 Yanvar 2017 19:23 DünyaKeçmiş model Demet Şener və keçmiş basketbolçu İbrahim Kutluayın boşanma məhkəməsi baş tutub. Tərəfləri təmsil edən vəkillər İstanbul 14-cü Ailə Məhkəməsində üz-üzə gəliblər. İki saat davam edən məhkəmədə vəkillər dəlil və şahidləri məhkəməyə təqdim ediblər.
Məhkəmə təxirə salınıb.
***
Türkiyənin məşhur cütlüyü Demet Şener və İbrahim Kutluay bu gün boşanmaq üçün hakim qarşısına çıxacaqlar. Keçmiş model 11 illik ərinin ona xəyanət etdiyini deyərək İbrahimə boşanma davası açmışdı. Oktyabrın 14-də məhkəməyə müraciət edildikdən sonra isə cütlük öz aralarında razılığa gəlməyiblər. Demet keçmiş basketbolçu olan İ.Kutluaydan 10 milyon lirə (təxminən 5 milyon manat) təzminat və iki uşağının himayədarlığını istəyir. Demetin vəkili bildirib ki, zina və xəyanət ən ağır boşanma səbəbidir: "Bu, sübut olunsa, böyük məbləğdə təzminat almaq olar. Ümid edirəm ki, anlaşılmaz və mübahisəli bir dövr başlamaz". Bu barədə Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir.