Hökumətdən Rusiyaya yalvarış: qaytarmayın, pul yoxdur
Tacikistan səfirliyinin diplomatları Rusiyaya öz vətəndaşları üçün işləmək qaydalarını asanlaşdırmağı təklif edirlər.
27 Yanvar 2017 17:10 DünyaTacikistan səfirliyinin diplomatları Rusiyaya öz vətəndaşları üçün işləmək qaydalarını asanlaşdırmağı təklif edirlər. Rusiya XİN-nin ünvanına bu ölkədə çalışan Mərkəzi Asiya ölkələrinin vətəndaşlarının seçilməsi üzrə dövlətlərarası anlaşmanın layihəsi ilə bağlı öz təkliflərini ünvanlayıb.
Anlaşma layihəsi üzərində iki dövlət rəsmiləri birinci il deyil ki, işləyirlər. Layihədə deyilir ki, Rusiyadan olan işəgötürənlər konkret ixtisas barədə müraciət göndərəcəklər. Lazımi sənədləşdirmə işləri ilə də özləri məşğul olacaqlar. Tacikistan isə, öz növbəsində, vətəndaşlarına Rusiyadakı iş haqqında məlumat verəcək, vakansiyaya namizədlər yığacaq, onların peşəkar hazırlığını təmin edəcək, eləcə də onların qayıdışını təşkil edəcək.
Lakin bəzi maddələr tacikləri razı salmayıb. Xüsusilə onlar miqrantın rusiyalı bir işəgötürənə bağlı olmasının əleyhinədirlər ki, onlar başqa yerdə iş tapa bilsinlər. Bundan başqa, əmək müqaviləsi bitəndən sonra onların geri göndərilmsi ilə də razı deyillər.
Xatırladaq ki, indi Rusiyada çoxluğuna görə tacik miqrantlar ikinci yerdədirlər. Birinci yerdə isə özbəklər qərarlaşıb. Ekspert hesablamalarına görə, bu ölkənin vətəndaşları hər il öz vətənlərinə $4 milyarda yaxın pul göndərirlər. Bu barədə Milli.Az istipress-ə istinadən xəbər verir.