“Bərpaolunan enerji” mövzusunda seminar keçirilib

Bakı Ali Neft Məktəbində “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda növbəti seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, seminarda dövlət orqanlarının, AMEA institutlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, bir sıra şirkətlərin nümayəndələri, o cümlədən müstəqil ekspertlər, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Bakı Ali Neft Məktəbində "Bərpaolunan enerji: çağırışlar və perspektivlər" mövzusunda növbəti seminar keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, seminarda dövlət orqanlarının, AMEA institutlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, bir sıra şirkətlərin nümayəndələri, o cümlədən müstəqil ekspertlər, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər. İclasda "Azalternativenerji" MMC-nin Bərpa Olunan Enerji Resurslarının Monitorinqi Mərkəzinin rəhbərinin müavini Rasim Məmmədovun "Azərbaycanda bərpaolunan enerji resurslarının monitorinqi" mövzusunda məruzəsi dinlənilib. Məruzəçi ölkə ərazisində bərpaolunan enerji resurslarının monitorinqini həyata keçirmək üçün 21 meteostansiyanın quraşdırıldığını və il ərzində radiasiyanın, temperaturun, rütubətin, küləyin sürətinin və sair parametrlərin ölçülməsi əsasında bərpaolunan enerji resurslarının qiymətləndirilməsinin nəticələrini açıqlayıb. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31