Sayğaclar kimin hesabına quraşdırılmalıdır?

Redaksiyamıza daxil olan sorğularda vətəndaşların ən çox maraqlandıqları məsələlərdən biri də sayğaclarla bağlıdır. Belə ki, vətəndaşlar soruşurlar ki, işıq, qaz və su sayğacları kimin hesabına quraşdırılmalıdır? Hüquqşünas Alim Hüseynli bildirib ki, bu məsələ qanunvericilikdə aydın şəkildə öz əksini tapıb.

Redaksiyamıza daxil olan sorğularda vətəndaşların ən çox maraqlandıqları məsələlərdən biri də sayğaclarla bağlıdır. Belə ki, vətəndaşlar soruşurlar ki, işıq, qaz və su sayğacları kimin hesabına quraşdırılmalıdır? Hüquqşünas Alim Hüseynli bildirib ki, bu məsələ qanunvericilikdə aydın şəkildə öz əksini tapıb. Hazırda elektrik, qaz və su təsərrüfatı sahəsində mövcud olan qanunvericilik aktlarına əsasən fiziki şəxs olan istehlakçı üçün sayğacların quraşdırılması müvafiq xidmətləri göstərən təchizatçı müəssisənin ("Azərişıq" ASC, ARDNŞ, "Azərsu" ASC) hesabına quraşdırılmalıdır. Həmçinin, sözügedən abonentin təqsirindən sayğac zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı həmin abonentin hesabına yerinə yetirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31