Gündəm

İşğaldan azad olunmuş kəndlərlə bağlı növbəti sərəncam gözlənilir

27 Yanvar 2017 15:50

Cənab prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə bağlı növbəti sərəncam verməsi gözləniləndir. 

Deputat: "Prezidentin sərəncamı gənclərimizdə ruh yüksəkliyini daha da artırdı"

27 Yanvar 2017 15:48

Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı xalqımızın böyük sevincinə səbəb olmaqla yanaşı, gənclərimizdə ruh yüksəkliyini daha da artırdı.

İşğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdışın ilk addımı

27 Yanvar 2017 15:46

 “Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı imzaladığı sərəncam bütün xalqımız tərəfindən yüksək qarşılanır”. “OLAYLAR”-ın yap.org. az saytına istinadən verdiyi xəbərə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib.

Gənclərin bədii və elmi ədəbiyyata marağı artırılır 

27 Yanvar 2017 15:45

İsmayıllı şəhəri 1 saylı tam orta məktəbində yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata marağın artırılması çərçivəsində ixtisaslaşmış təlimlər keçirilib.

Bakıda sürücü piyadanı döyüb

27 Yanvar 2017 15:43

Bakıda sürücü xuliqanlıq zəmnində paytaxt sakinini döyüb. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, hadisə Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb. Belə ki, “KİA” markalı avtomobilin sürücüsü paytaxt sakini Bayram Nəcəfovu döyüb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tural Adıgözəlov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Gəncə sakini evinə od vuraraq intihar edib

27 Yanvar 2017 15:42

Gəncədə evdə yanğın baş verməsi və bir nəfərin meyitinin tapılması ilə bağlı yeni faktlar ortaya çıxıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 26-da saat 01 radələrində Gəncə şəhəri Nizami küçəsində, əvvəllər məhkum olunmuş Arif Sultanov yaşadığı evi yandırıb. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra A. Sultanovun yanmış meyiti tapılıb. A. Sultanovun intihar etməsi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Bakı sakinindən tiryək götürülüb

27 Yanvar 2017 15:40

Bakı saknindən narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Kamil Məmmədovdan 1 kiloqram 520 qram tiryək götürülüb. Araşdırma aparılır. 

Düşmənin bütün strateji obyektləri Silahlı Qüvvələrimizin nəzarəti altındadır

27 Yanvar 2017 15:37

Bu gün düşmənin hər bir hərəkətinə ordumuz tərəfindən nəzarət edilir. Düşmənin bütün strateji obyektləri Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Lazımi an onların hamısı məhv ediləcək.

“Bu sərəncam insanlarda ruh yüksəkliyi yaradıb”

27 Yanvar 2017 15:34

“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bir qarış torpağının belə geri qaytarılmasına ən çox sevinən adamlardan biri də mənəm, təşkilatlardan bir də QAT-dır”. Bunu Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağı Prezidentin  işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamı barədə danışarkən deyib. O bildirib ki, QAT illərdir torpaqlarımızın işğaldan azad edilməsinə dair təbliğat aparır: “Nə qədər qan, şəhid bahasına olursa olsun, torpaqlarımız geri qaytarılmalıdır. Biz aprel döyüşlərini çox böyük ruh yüksəkliyi, böyük hadisə kimi qarşıladıq. QAT-ın 20 nəfərlik heyəti cəbhə bölgəsində oldu, bu döyüşlərin nəticələrini fərəhlə, qürurla qiymətləndiririk. Bu, ərazilərimizin işğaldan azad edilməsi prosesinin başlanğıcı idi. Cəbhənin böyük bir istiqamətində düşmənə ağır zərbələr vuruldu, düşmən darmadağın edildi. İnşallah biz Xankəndinə kimi gedib ərazi bütövlüyümüzü bərpa edəcəyik”. 

Cümşüd Nuriyev: “Serj Sarkisyanın politoloqları istiqaməti ayrı yerlərə yönəltmək istəyirlər” 

27 Yanvar 2017 15:33

“Ermənistanda çox qarışıq vəziyyət hökm sürür. Serj Sarkisyanın politoloqları da bundan yararlanıb sərsəm açıqlamalarla istiqaməti ayrı yerlərə yönəltmək istəyirlər”. Bunu polioloq Cümşüd Nuriyev deyib.

Azərbaycan rəssamlarının əsərləri Daşkənddə nümayiş olunur

27 Yanvar 2017 15:30

Özbəkistan Rəssamlar İttifaqının (ÖRİ) Mərkəzi Sərgi salonunda Beynəlmiləl Mədəniyyət Mərkəzinin (BMM) 25 illiyinə həsr edilmiş “Özbəkistan bizim ümumi evimizdir” adlı sərgi açılıb.

Ötən il oğurluq edən şəxs bu il ələ keçdi

27 Yanvar 2017 15:25

Oğurluqda şübhəli bilinənlər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 29-da Hövsan qəsəbəsində “ZİL” markalı 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ağakərim Balayev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərdən birindən məişət əşyaları oğurlaması da müəyyən edilib.

Ağcabədi sakinindən 2 ədəd ov tüfəngi götürülüb

27 Yanvar 2017 15:24

Ağcabədi rayon sakininin idarə etdiyi avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quzanlı qəsəbəsi ərazisində Ağcabədi rayon sakini Talıb Səfərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Bakıda civə satan şəxslər tutulub

27 Yanvar 2017 15:21

Bakı şəhər sakinləri 1,73 kq (ağ) və 10 ml (qırmızı) civəni 100 min manata satarkən tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Elşən Quliyev və Xəqani Məmmədov 1 kiloqram 730 qram (ağ) və 10 ml (qırmızı) civəni 100 min manata satarkən tutulublar.

Narkotik alverçisi saxlanıb

27 Yanvar 2017 15:20

Ağdam rayon sakini 2 kq marixuananı satarkən tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini Bəhruz Əliyev 2 kiloqram marixuananı satarkən tutulub. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlərlə B. Əliyevə narkotik vasitəni satan Yevlax rayon sakini Bayram Mehdiyev idarə etdiyi “Opel” markalı avtomobildə saxlanılıb.