Gənclərin bədii və elmi ədəbiyyata marağı artırılır 

İsmayıllı şəhəri 1 saylı tam orta məktəbində yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata marağın artırılması çərçivəsində ixtisaslaşmış təlimlər keçirilib.

İsmayıllı şəhəri 1 saylı tam orta məktəbində yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata marağın artırılması çərçivəsində ixtisaslaşmış təlimlər keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, təlimlər fərdi şəxs qismində Gülnar Yunusova Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşkilati dəstəyi ilə İsmayıllı rayonunda reallaşdırdığı "Gənclər elmi və bədii ədəbiyyat işığında" adlı layihə çərçivəsində baş tutub. Layihənin həyata keçirilməsində məqsəd məktəblilərin elmi və bədii təfəkkürünün inkişafına yönəlməklə onların elmi və bədii ədəbiyyatın müxtəlif sahələrində olan potensiallarının təyin olunması məqsədilə sorğu-anket, təlim, müsabiqə, sərgi və digər mədəni tədbirləri həyata keçirilməsidir. Layihənin göstərilmiş fəaliyyətlərinin pilot olaraq üç məktəbdə - İsmayıllı şəhəri 1 saylı tam orta məktəb, İsmayıllı rayonu Təzəkənd kənd tam orta məktəb, İsmayıllı rayonu Topçu kənd tam orta məktəblərində keçirilməsi nəzərdə tutulubki, 11-12 yanvar 2017-ci il tarixlərində adı çəkilən məktəblərin VIII-X sinif şagirdləri arasında sorğu-anket keçirilib. Toplam olaraq 300 şagird tərəfindən doldurulan məlumat sorğu blankına əsasən ədəbiyyata xüsusi marağı olan, bədii yaradıcılıq qabiliyyətli 60 nəfər müəyyənləşdirilərək ixtisaslaşmış təlimlərə cəlb edilib. Təlimləri giriş sözü ilə açan layihə rəhbəri Gülnar Yunusova layihənin qısa şəkildə məqsədini izah edərək, məktəblilərə təlimdə və müsabiqədə uğurlar arzulayıb. Sonra isə hər bir işdə əsas məqsədimizin Azərbaycançılıq məfkurəsi olmasını qeyd edən layihə rəhbəri təlimdə iştirak edən iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini söyləməyə dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31