İşğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdışın ilk addımı
“Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı imzaladığı sərəncam bütün xalqımız tərəfindən yüksək qarşılanır”. “OLAYLAR”-ın yap.org. az saytına istinadən verdiyi xəbərə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib.
27 Yanvar 2017 15:46 Sosial"Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı imzaladığı sərəncam bütün xalqımız tərəfindən yüksək qarşılanır". "OLAYLAR"-ın yap.org. az saytına istinadən verdiyi xəbərə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib. O, bildirib ki, bu qərar işğaldan azad edilmiş torpaqlarımıza böyük qayıdışın ilk addımlarıdır: "İşğal altında olan digər torpaqlarımız da azad ediləcək və insanlar həmin torpaqlara qayıdacaqlar. Bu gün həyata keçirilən dövlət siyasətinin başlıca məqsədi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Ötən ilin aprel döyüşlərindən sonra qələbənin bizə nə qədər yaxın olduğuna bir daha əmin olduq. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu məsələdə qətiyyətli və prinsipial mövqe nümayiş etdirir. Hesab edirəm ki, beynəlxalq birlik artıq əməli fəaliyyətə keçməli, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində zəruri addım atmalıdır. Əks halda, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edəcək"