Gündəm

Çanta oğurlayan qadın tutulub

27 Yanvar 2017 15:19

Yanvarın 20-də Qazax rayon sakini B.Əmrahovaya məxsus içərisində 308 manat pul, tütün məmulatı və ərzaq məhsulları olan çanta oğurlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sını oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini Nadya Ələsgərova saxlanılıb. Araşdırma aparılır. 

Hərbi prokuror: “Ötən il qeydə alınmış cinayətlərin 99,1 faizi açılıb”

27 Yanvar 2017 15:18

Bu gün Respublika Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Moskvadakı son görüşlər Qarabağ üçün nə vəd edir?

27 Yanvar 2017 15:17

"Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər xarici işlər nazirlərinin Moskva görüşlərində müzakirə olunub və Azərbaycan tərəfi də öz haqlı mövqeyini bildirib. Amma mən bütün hallarda Rusiyanın bu məsələdə arbitr kimi çıxış etməsini nə qənaətbəxş sayıram, nə də bunun effektli olacağını düşünürəm. Çünki bu problemi törədən elə Rusiyanın özüdür".

Avtomobillərə partlayıcı qurğu yerləşdirib Türkiyəyə göndərən 3 qardaş ələ keçdi

27 Yanvar 2017 15:14

İraqda İŞİD-in avtomobillərinə partlayıcı qurğu yerləşdirərək Türkiyəyə göndərən 3 İraq əsilli şəxs Sakarya polisi tərəfindən saxlanılıb.

Ştaynmayer vəzifəsindən azad edilib

27 Yanvar 2017 15:08

Almaniya prezidenti Yoahim Qauk Frank-Valter Ştaynmayeri xarici işlər naziri vəzifəsindən azad edib.  Xarici işlər nazirinin səlahiyyətlərini Sosial-Demokrat Partiyasının sədri, sabiq iqtisadiyyat naziri Ziqmar Qabriel icra edəcək.

Amerikalı ekspert: "Azərbaycan prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı təşəbbüsü tarixi addımdır"

27 Yanvar 2017 15:07

"Azərbaycan prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı təşəbbüsü tarixi addımdır".

Silahlı Qüvvələrdə ötən il qeydə alınan korrupsiya cinayətlərinin sayı məlum olub

27 Yanvar 2017 15:05

Azərbaycan Silahlı Qüvvələrində qeydə alınan korrupsiya cinayətlərinin statistikası açıqlanıb. Hərbi prokuror Xanlar Vəliyev bu gün keçirdiyi kollegiya iclasında bildirib ki, Azərbaycan İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdə olduğu kimi 2016-cı ildə də ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib. Ölkə başçısının bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaradıb.

Xanlar Vəliyev: "Aprel döyüşləri ilə bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir"

27 Yanvar 2017 15:03

Cəbhədə ötən ilin aprel ayında baş verən silahlı toqquşmalarla bağlı Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi başlanıb. Bu barədə hərbi prokuror Xanlar Vəliyev Hərbi Prokurorluqda bu gün keçirilən kollegiya iclasında bildirib.

Ötən il Azərbaycanda 72 hərbi qulluqçuya amnistiya tətbiq edilib

27 Yanvar 2017 15:02

Ötən il Azərbaycanda amnistiya aktı tətbiq edilən hərbçilərin sayı açıqlanıb. Respublika hərbi prokuroru Xanlar Vəliyev bu gün keçirdiyi kollegiya iclasında bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2016-cı il 20 may tarixli qərarı Respublika Hərbi Prokurorluğu orqanları tərəfindən vaxtında icra olunaraq 72 hərbi qulluqçuya Amnistiya aktı tətbiq olunub.

Orduda cinayətlərin statistikası açıqlanıb

27 Yanvar 2017 14:57

Azərbaycan Silahlı Qüvvələrində qeydə alınan cinayətlərin statistikası açıqlanıb. Bu gün Respublika Hərbi Prokurorluğunda keçirilən geniş kollegiya iclasında çıxış edən hərbi prokuror Xanlar Vəliyev bildirib ki, 2015-ci ilə nisbətən ötən il Silahlı Qüvvələrdə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər 14,2 faiz, hərbi xidmətdən yayınma cinayətləri 35,1 faiz, o cümlədən hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə 40,2 faiz, fərarilik 69,2 faiz, tabelik qaydası əleyhinə 4,2 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 4 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə 53,3 faiz, qəsdən adam öldürmə 36,8 faiz, özünü öldürmə həddinə çatdırma 14,3 faiz azalıb.

Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiqlənib

27 Yanvar 2017 14:54

Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.  Tədbirlər planı Azərbaycan prezidentinin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Hindistanda QAR UÇQUNU: 19 nəfər öldü

27 Yanvar 2017 14:52

Hindistanın Cammu və Kəşmir əyalətində qar uçqunu nəticəsində 19 nəfər ölüb.

Davamlı iqtisadi inkişafın təmin edilməsində onun əsas hərəkətverici amilə çevrilməsi....

27 Yanvar 2017 14:49

Ölkədə kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinə böyük ümidlər bağlanmaqdadır. Çünki kiçik və orta sahibkarlığın güclənməsi qeyri-neft sektorunun inkişafında böyük önəm daşıyır və əsas hədəf sayılmalıdır.