Gündəm

Sosial ədalətin təminatı

27 Yanvar 2017 14:46

2017-ci ilin ilk günlərindən etibarən Azərbaycan Respublikasının Prezidnti İlham Əliyev əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlarla ölkə vətəndaşları üçün sanki sürprizlər bəxş etdi. Dövlət başçısı Nazirlər Kabinetinin 2016-cı ilin sossial iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı minimum əmək haqqı və pensiyaların artırılması barədə verdiyi anonsdan dərhal sonra onun reallaşmasını təmin etdi və bununla bağlı müvafiq sənəd imzaladı.

Avropanın Türkiyə jesti

27 Yanvar 2017 14:44

Türkiyənin getdikcə artan nüfuzu, Yaxın Şərqdə regional güc amilinə çevrilməsi reallığı artıq Qərbdə də acı da olsa qəbul edilməkdədir. Bunu son həftələr ərzində rəsmi Ankaraya qarşı sərgilənən münasibətlərdən də aydın görmək mümkündür.

“Bəzən bizlər tənqid, hətta, təhqir hədəfinə çevrilirik”

27 Yanvar 2017 14:42

"Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq sperallarınından isifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular". Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin ölkə başçısının məcburi köçkünlərlə bağlı verdiyi sərəncama münasibət bildirərkən söylədiyi bu fikir ictimai narazılığa səbəb olub. Məsələyə aydınlıq gətirən komitə sədri qeyd edib ki, mətbuatda haqqımızda olar-olmaz hər şey yazılır, qeyd edilir: “Əslində bunlardan da incimirik, hər şeyi anlayışla qarşılmağa çalışırıq, amma təbii ki, sağlam tənqidlə təhqirin də bir-birinə qarışdırılmamasını istəyirik”.

Qazaxıstan yeni idarəçilik sisteminə keçir

27 Yanvar 2017 14:41

Müntəzəm olaraq qeyri-adi hərəkətləri, addımları ilə diqqət çəkən, özünə olan marağı da daha da artıran Orta Asiya regionun qocaman lideri, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu günlərdə yenə də öz ənənəsinə sadiq qaldı. Belə ki, Nazarbayev bir neçə gün əvvəl verdiyi açıqlama ilə səlahiyyətlərini parlamentlə bölüşmək qərarında olduğunu bildirib. Uzun illər, hətta Sovet dövründən ancaq birinci şəxs olmaq barədə düşünən Nursultan Nazarbayevin hazırkı situasiyada hansə səbəbdən belə bir qərara gəldiyi həm maraq, həm də ciddi sual doğurur.

Həyat, ən pis şərtlər altında belə gözəldir

27 Yanvar 2017 14:38

Təəssüflər olsun ki, son vaxtlar ölkədə intihar halları artmaqdadır. İstər gənc, istər yaşlı, istər savadlı, istərsə də savadsız insanlar bir qədər çətinliyə düşən kimi vəziyyətdən çıxış yolu kimi intihara əl atırlar. Halbuki öz canına qəsd etmək, intihara əl atmaq heç də problemləri həll etmir. Məsələyə dini nöqteyi nəzərdən yanaşsaq görərik ki, müqəddəs dinimiz olan İslam dinində də inthar günah əməl sayılır, qadağan edilir. Elə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da bu qənaətdədir.

Dövlətin məcburi köçkünlərə göstərdiyi diqqətinin bariz nümunəsi

27 Yanvar 2017 14:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son günlər imzalamış olduğu bir neçə fərman və sərəncamla əhalinin sosial problemlərinin həlli, vətəndaşların rifah halının yaxşılaşdırılması məsələsinin başlıca prirotet təşkil etdiyini bir daha təsdiqləmiş oldu. Belə ki, minimum əmək haqqı, pensiyaların sığorta hissəsinin artırılması, məcburi köçkünlər və onlara bərabər tutlan şəxslər üçün aylıq müavinətin müəyyən edilməsi, eləcə də bu kimi digər mühüm sənədlər deyilənlərin bariz nümunəsi idi. Xüsusilə, sonuncu sənəd, yəni məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin müəyyən edilməsi barədə Prezident fərmanı bu günlər cəmiyətdə geniş müzakirə predmetinə çevrilib.

Bank rəhbərləri ilə görüş keçirilib

27 Yanvar 2017 14:37

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının rəhbərlərilə görüş keçib. Məluma görə, görüşdə bəzi məsələlər müzakirə edilib, eyni zamanda E.Rüstəmov tərəfindən bank rəhbərlərinə bir sıra göstərişlər verilib.

Quba RİH-nin fəaliyyətində nöqsanlar aşkarlanıb

27 Yanvar 2017 14:35

Hesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsindən 2014-2015-ci illərdə Quba rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri haqqında hesabat təsdiq olunub.

0-3 dərəcə şaxtaya hazır olun

27 Yanvar 2017 14:33

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında yanvar ayının sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın minimal temperaturu yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.

Multikulturalizm Mərkəzində Holokost faciəsinin qurbanları anılıb

27 Yanvar 2017 14:27

Yanvarın 27 – də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Holokost faciəsinə həsr olunmuş dəyirmi masa təşkil olunub. Öncə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

SOCAR-da QHT rəhbərləri ilə görüş keçirilib

27 Yanvar 2017 14:26

SOCAR-ın Baş Ofisində şirkətin kadr,rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun iştirakı ilə Qeyri-Hökumət Təşkilatları rəhbərləri ilə insan resurslarının idarə edilməsinə dair görüş keçirilib. “OLAYLAR”-ın şirkıətə istinadən verdiuyi xəbərə görə, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli 2016-cı il ərzində SOCAR-ın insan resurslarının idarə edilməsi ilə bağlı fəaliyyətini əks etdirən geniş təqdimatla çıxış edib. Təqdimatda SOCAR-ın tabeliyində olan idarə və müəssisələrdə təhsil, təlim və karyera imkanları, bu istiqamətdə həyata keçirilən layihələr, vətəndaşların qəbulu, işçilərlə əlaqələr və başqa sahələr üzrə statistik göstəriçilər diqqətə çatdırılıb.

Ermənistan anlayır ki, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil

27 Yanvar 2017 14:25

Azərbaycanın xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir”.

Paytaxtın 2 rayonu üzrə səyyar qəbul keçirilib

27 Yanvar 2017 14:23

Yanvarın 27-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Sabahdan qarlı günlər  gözlənilir

27 Yanvar 2017 14:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Olaylar” – a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 28-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.