“Bəzən bizlər tənqid, hətta, təhqir hədəfinə çevrilirik”
"Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq sperallarınından isifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular". Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin ölkə başçısının məcburi köçkünlərlə bağlı verdiyi sərəncama münasibət bildirərkən söylədiyi bu fikir ictimai narazılığa səbəb olub. Məsələyə aydınlıq gətirən komitə sədri qeyd edib ki, mətbuatda haqqımızda olar-olmaz hər şey yazılır, qeyd edilir: “Əslində bunlardan da incimirik, hər şeyi anlayışla qarşılmağa çalışırıq, amma təbii ki, sağlam tənqidlə təhqirin də bir-birinə qarışdırılmamasını istəyirik”.
27 Yanvar 2017 14:42 SosialKomitə sədri: "İstəyirik ki, bu tənqidlər təhqirlə əvəz olunmasın, sağlam, işə kömək edəcək tənqidlər olsun"
"Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq sperallarınından isifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular". Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin ölkə başçısının məcburi köçkünlərlə bağlı verdiyi sərəncama münasibət bildirərkən söylədiyi bu fikir ictimai narazılığa səbəb olub. Məsələyə aydınlıq gətirən komitə sədri qeyd edib ki, mətbuatda haqqımızda olar-olmaz hər şey yazılır, qeyd edilir: "Əslində bunlardan da incimirik, hər şeyi anlayışla qarşılmağa çalışırıq, amma təbii ki, sağlam tənqidlə təhqirin də bir-birinə qarışdırılmamasını istəyirik". Komitə sədri bildirib ki, vətəndaşlar ən çox onun sədrli etdiyi komotəyə müraciət edir. Təkcə payız sessiyası-hesabat dövründə, konkret olaraq, 4 ay ərzində komitəyə vətəndaşlardan 840 ədəd ərizə və şikayət daxil olub: "Demək olar ki, parlament komitələri arasında ən çox ərizə və şikayətlər daxil olan komitə bizim komitədir. Bu da təsadüfi deyil. Çünki bizim komitə daha çox sosial məsələlərlə, bu sahəni tənzimləyəcək qanunların hazırlanması və müzakirələrə çıxarılması ilə məşğul olur. Ona görə də bizim komitəyə üz tutanların sayı digər komitələrlə müqayisədə daha çoxdur. Bu yerdə onu da qeyd edim ki, həmin ərizə və şikayətlərin ən azı 700-ə yaxını öz müsbət həllini tapıb. Bununla yanaşı, hesabat dövründə komitə üzvləri və bütövlükdə komitə tərəfindən 320 nəfər qəbul olunub, dinlənilib. Bunlar da sadəcə, rəsmi qeyddiyatdan keçənlərdir. Yəni, bütövlükdə qəbul etdiyimiz vətəndaşların sayı bundan qat-qat çoxdur. Biz bu məsələdə də digər komitələrdən öndəyik, ən çox vətəndaş qəbul edən yenə bizim komitədir". Onun bildirdiyinə görə, hesabat dövründə, yəni, 2016-cı ilin payız sessiyasında Əmək və sosial siyasət komitəsinin 10 iclası keçirilib və 7 qanun layihəsi müzakirə olunaraq, parlamentin plenar iclasına tövsiyə edilib. Komitə sədri deyib ki, hesabat dövtündə ən çox müzakirə edilən qanun layihəsi "Turizm haqqında" qanunvericilik aktı olub:"Bu sənəd ötən sessiyada komitəmizdə 4 dəfə müzakirə olunub. Çünki irihəcmli, böyüktutumlu və çox əhəmiyyətli qanun layihəsidir. Eyni zamanda bildiyiniz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin ölkədə turizmin inkişafı ilə bağlı çoxlu sayda sərəncamları var. Odur ki, bu sənədi tələm-tələsik müzakirələrə təqdim, qəbul edə bilmərik. Onun üzərində dəfələrlə işlənilib və hələ bundan sonra da işləniləcək, o, tam təkmil hala gətiriləcək. Ondan sonra isə parlamentin plenar iclasına tövsiyə olunacaq. Çox güman ki, onu bu sessiyada plenar iclasa çıxarmaq və hətta, qəbul etmək mümkün olacaq. Onun qəbuluna çox böyük ehtiyac var". H. Rəcəbli onu da deyib ki, cəmiyyətdə sosial islahatlar ən ağır və ən ağrılı islahatlardır: "Bu, uzun zaman çəkən bir prosesdir. Bu islahatları bir cərrahın bir xəstəsini cərrahi əməliyyat etməsinə bənəztmək olar. Yəni, cərrah əlinə bıçağını götürür, xəstəni əməməliyyat edir, həmin xəstə ağrıyır, əməliyyat onun bir müddət incidir, acıdır və buna görə ilk vaxtlar həmin həkimi danlayır, söyür, ancaq sonra bu ağrı-acı keçir və o həkimə öz minnətdarılğını bildirir. Bu baxımdan, sosial islahatlar da ilk dövrlərdə ağrılı olur, bəziləri onun qəbul edə bilmir, təhriflər, düzgün anlaşılmamalar olur və sair. Ancaq sonradan hər şey yoluna, qaydasına düşür. Bu islahatların lazımlılığı və vacibliyi anlaşlır. Bizim komitə də bu məsələlərlə məşğul olduğu, islahatlar prosesində önəmli yer aldığı üçün bəzən bizlər də ilk anlar tənqid, hətta, təhqir hədəfinə çevrilirik. İstəyirik ki, bu tənqidlər təhqirlə əvəz olunmasın, sağlam, işə kömək edəcək tənqidlər, iradlar olsun. Biz də bunları nəzərə almağa hər zaman hazırıq". Deputat əlavə edib ki, ölkə başçısının işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı, qaçqın və məcburi köçkünlərin geri dönməsi "Repatrasiya haqqında" yeni qanun layihəsinin hazırlanması istiqamətində aparılan işləri sürətləndirəcək. O, ölkə Prezidentinin adıçəkilən sərəncamının çox yüksək və tarixi əhəmiyyətli sənəd olduğunu bildirib: "Bildiyiniz kimi, repatrasiya ilə bağlı qanun layihəsi çoxdan bəri bizim gündəmimizdədir. Bu haqda da zaman-zaman danışmışıq. Ancaq Cocuq Mərcanlı ilə bağlı atılan addımlar repatrasiya ilə bağlı sənədə yenidən dönməni zəruri edir. Biz bu sənədə də yenidən dönməli, onun hazırlanmasını və müzakirələrə çıxarılmasını sürətləndirməyik. Bu sənədin də qəbuluna böyük ehtiyac var".
Alim