Gündəm

Səlim Müslümov Ukraynalı həmkarı ilə Əməkdaşlıq Proqramı imzalayıb

27 Yanvar 2017 14:19

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri üzrə təcrübəsini öyrənmək, bu və digər aidiyyəti sahələrdə təcrübə mübadilələri aparmaq və gələcək əməkdaşlıq istiqamətlərini müəyyən etmək üçün Ukrayna Respublikasının sosial siyasət naziri Andrey Revanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

Kinostudiyada London Film School – un məzunu ilə görüş keçirildi

27 Yanvar 2017 14:17

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov gənc ssenari müəllifi və rejissor, Böyük Britaniyanın ən mötəbər ali kino məktəbi olan  London Film Schoolun  məzunu Cavid Zaidovla görüşüb, həmyerlimizin yeni beynəlxalq layihələri ilə tanış olub.

Məşhur aktrisa dekor qurbanı oldu

27 Yanvar 2017 14:16

“Ahududu” adlı uğurlu tamaşadan sonra teatr fəaliyyətinə 8 il fasilə Melek Baykal yenidən teatr səhnəsinə qayıdıb. Suna Keskin və  Nedim Saban ile birliktə  “Ahududud” adlı tamaşaya hazırlaşan aktrisa dekor qurbanı olub.

ADU-da növbəti mediatur təşkil olunub

27 Yanvar 2017 14:13

Yanvarın 27-də Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və ADU-nun İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə növbəti mediatur təşkil olunub.

Özünə güvənən insan kiçik mətləblərin haqq-hesabını aparmaz

27 Yanvar 2017 14:08

Son zamanlar mənə və ailəmə olan yalan və böhtan dolu məlumatların gündəmdən düşməməsini sadəcə gülümsəyərək izləyirəm. Qeyd edim ki, nə yazılanları nə də bizim ünvanımıza olan bu kimi təzyiqləri ciddi qəbul etmirəm. Bu səbəblə də müdaxilə etməməyi özümə borc bildim.

Əmisinin öldürdüyü qızın Facebook-da son paylaşımı polisi ŞOK ETDİ

27 Yanvar 2017 14:06

İzmirin Çiğli Mahalında cinayət əməlinə görə 2005-ci ildən məhbus həyatı yaşayan Turan Sərtin kirayələdiyi evdə 23 yaşlı qardaşı qızı Şeyma Soyuipəyi qətlə yetirib, daha sonra özünün intihar etməsi haqda məlumat vermişdik.

Şair üçün nə qocalıq, nə ölüm var

27 Yanvar 2017 14:04

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Adil Babayev (1925-1977) şeirlərinin birində belə deyir “Şair üçün nə qocalı, nə ölüm var”. Sonetlərinin biri bu misrayla başlayır: “ Təzədən doğulur şair ölən gün”.  Vəfatından qırx il keçsə də  daim hörmətlə yad edilən son dərəcə təvazökar insanın, gözəl qələm sahibinin özünə də şamil etmək olar. Əgər vəfatından sonra şairin 10 kitabı nəşr olunubsa, əsərləri səhnəyə qoyulubsa, sözlərinə yazılan nəğmələr daim tele-radio efirlərində səslənirsə, mətbuat səhifələrində şeirləri, haqqında xatirələr, məqalələr dərc olunursa, demək Adil Babayev üçün də “nə qocalıq, nə ölüm var”.  Adil Babayevin yaradıcılığı barədə Səməd Vurqun, Mehdi Hüseyn, Mirzə İbrahimov, Məmməd Cəfər, Abbas Zamanov kimi söz, sənət xiridarları,  Osman Sarıvəlli, Bəxtiyad Bababzadə, Nəbi Xəzri, Qabil, Nəriman Həsənzadə və başqa qələm dostları dəyərli fikirlər söyləmişlər. Hələ 1945-ci ildə böyük ustad Səməd Vurğun iyirmi yaşlı  Adilə “Mənim arzum” adlı şeir ithaf etmiş və həmin şeiri “Kommunist” qəzetində çap etdirmişdi. Şeir bu misralarla başlayır:

Ermənistan Suriyadan köçkün düşmüş erməniləri öz çirkin oyunlarına alət edir 

27 Yanvar 2017 13:59

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında “Suriyada vəziyyət və onun qonşu ölkələrə təsirləri” hesabatı çərçivəsində aparılan cari müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Avropanın köçkünlərə, miqrantlara münasibətini kəskin tənqid edib.

Dağlıq Qarabağ problemi ətrafında durğunluq hökm sürür

27 Yanvar 2017 13:56

Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında qeyri-müəyyənlik davam edir. Beynəlxalq birliyin, xüsusilə ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti, buna adekvat olaraq isə işğalçı Ermənistanın öz aqressiyasını davam etdirməsi probleminin həllinin mümkünsüz məcraya yönəldir. Azərbaycan tərəfinin bütün bu ədalətsizliyə cavab olaraq işğal altında olan torpaqlarını gün yolu ilə azad etmək haqqı isə təəssüflər olsun ki, dünya birliyi tərəfindən tanınmır. İşğalçını cəzalandırmaqda acizlik nümayiş etdirən beynəlxalq aləm Azərbaycanı mövcud realllqla barışmağa sövq edir. Ancaq rəsmi Bakının mövqeyi birmənalıdır. Azərbaycan heç bir halda torpaqlarının işğal altında saxlanılması ilə barışmayacaq. Bütün bu proseslər isə cəbhədə gərginliyi hər ötən gün artıraraq yeni hərbi əməliyyatlar mümkünə çevirir.

Azay Quliyev: “8 QHT-yə açılmış cinayət və əməliyyat işlərinə son qoyulub”

27 Yanvar 2017 13:53

2016-cı ildə Azərbaycanda 556 qeyri-hökumət təşkilatının (QHT) layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının tərəfindən maliyyələşdirilib.  Şura sədri, millət vəkili Azay Quliyev bildirib ki, ötən il şura QHT-lərin üzləşdiyi problemlərin həlli istiqamətində çox fəal iştirak edib.

Polşada 80-dək avtomobil toqquşub, 34 nəfər xəsarət alıb

27 Yanvar 2017 13:48

Polşada 80-ə yaxın avtomobilin toqquşması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Buna səbəb kimi dumanlı hava şəraiti göstərilir. Hadisə nəticəsində 34 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. Ölkə prokurorluğu hadisə ilə bağlı  araşdırma aparacaq.  Bu barədə APA.az “sputnik.by” saytına istinadən xəbər verir.

Piyadalara qarşı cərimə artırılır - 5 DƏFƏ!

27 Yanvar 2017 13:42

Azərbaycanda bəzi piyadalara qarşı cərimələr daha da sərtləşdirilir. Piyadaların yol verdiyi qayda pozuntularının hamısı artıq eyni cəza ilə bitməyəcək. Belə ki, daha təhlükəli qayda pozuntusuna yol verən piyadaların cəriməsi də ağır olacaq.

Məhkəmədə faciə

27 Yanvar 2017 13:33

İngiltərənin Hall şəhərindəki Kral Məhkəməsinin (Hull Crown Court) binası qarşısında faciə yaşanıb. 32 yaşlı Heyli Qaskoyn boşanma ərizəsi ilə məhkəməyə müraciət  etmişdi. İclas zamanı o qəflətən ürəyini tutaraq yerə yıxılıb. 

Burnunu kəsdirən 17 yaşlı qız əməliyyatdan sağ çıxmadı

27 Yanvar 2017 13:29

Türkiyədə 17 yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib. Bədbəxt hadisə Qaziantepdə baş verib.

Nazirin müşaviri vergi ödəyicilərinin sayının azlığından şikayətlənib

27 Yanvar 2017 13:24

Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov vergi ödəyicilərinin sayının azlığından şikayətlənib.