Gündəm

Azərbaycanın təhlükəsizlik sistemində gömrüyün xüsusi yeri var

27 Yanvar 2017 13:22

"Bu gün Azərbaycanın təhlükəsizlik sistemində gömrüyün xüsusi yeri var". SİA-nın xəbərinə görə, bunu Milli Məclisinin sədrinin müavini Ziyafət Əsgərov " İqtisadi təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri " adlı elmi praktiki konfransda deyib.

İlkin mərhələdə Cocuq Mərcanlıda 50 ev və sosial obyektlər tikiləcək

27 Yanvar 2017 13:20

"Prezident İlham Əliyevin sərəncamına əsasən ayrılan vəsait hesabına Cocuq Mərcanlı qəsəbəsində ilkin mərhələdə 50 ev, məktəb, tibb məntəqəsi və digər sosial obyektlər tikiləcək". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Ermənistan-Azərbaycan Sülh Platformasında açıq və dəqiq prinsiplər müəyyənləşdirilib

27 Yanvar 2017 13:17

“Ermənistan-Azərbaycan Sülh Platforması” həm Ermənistan, həm də Azərbaycanın hüquq-müdafiə, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti təmsilçiləri tərəfinfən irəli sürülən çox unikal bir platformadır.

Hazırda əsas məsələ tərəflər arasında dialoq və etimadı bərpa etməkdir

27 Yanvar 2017 13:15

"Dağlıq Qarabağ münaqişəsi elə şəkildə həll olunmalıdır ki, hər kəs özünü qalib hiss edə bilsin". Bu sözləri ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti “Mediamax”a müsahibəsində deyib.

Suriya münaqişəsi ilə bağlı Cenevrə danışıqlarının vaxtı dəyişib

27 Yanvar 2017 13:13

Suriya münaqişəsinə dair Cenevrə danışıqları fevralın sonunadək təxirə salınıb. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya müxalifətinin nümayəndələri ilə görüşü zamanı deyib.   “Astanada keçirilən danışıqlarda aydın şəkildə bildirilib ki, münaqişənin siyasi nizamlanması istiqamətində səylər BMT-nin  himayəsi altında keçirilən Cenevrə danışıqlarına töhfə verəcək”, - deyə o vurğulayıb.

Yol polisi sürücülərə müraciət edib

27 Yanvar 2017 13:10

Yol polisi havaların kəskin dəyişməsi ilə əlaqədar yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyə olunub.

Suriya ilə bağlı Rusiya-İran-Türkiyə əməkdaşlığını uzunmüddətli görürük

27 Yanvar 2017 13:09

"Rusiya, İran və Türkiyənin Suriyaməsələsi ilə bağlı əməkdaşlığını konstruktiv və uzunmüddətli görürük". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.  

Rusiya XİN: Tramp administrasiyası ilə dialoqa hazırıq

27 Yanvar 2017 13:07

Moskva ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası ilə tam dialoqa hazırdır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Ermənistan müdafiə nazirindən İrana KRİTİK SƏFƏR

27 Yanvar 2017 13:06

Ermənistanın müdafiə naziri Viqen Sarkisyan yaxın günlərdə İrana səfər edəcək. Bu barədə Sarkisyan özü jurnalistlərə açıqlamasında bildirib.

Gənc Tamaşaçılarda məktəblilərin qış tətili

27 Yanvar 2017 13:04

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məktəblilərin qış tətili günlərində teatrın repertuarında olan klassik Azərbaycan və Avropa dramaturqlarının əsərləri əsasında hazırlanmış tamaşaların paradı təşkil edilib.

Keçən il Binəqədi Rayon İcra Hakimiyyətinə 3630 müraciət daxil olub

27 Yanvar 2017 13:02

2016-cı il ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə 3630 müraciət daxil olub. Bu barədə məlumat “OLAYLAR”-a Rayon İcra Hakimiyyətindən verilib. Bildirilib ki, bu gstərici 2015-ci illə müqayisədə 292 vahid və ya 7,5 faiz azdır. Hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən 2781-i ərizə, 846-sı şikayət, 3-ü isə təklif olub.

Cocuq Mərcanlı məktəbinin kitabxanasını Bilik Fondu təmin edəcək

27 Yanvar 2017 13:03

Bilik Fondu Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə Cocuq Mərcanlıda tikiləcək məktəbin kitabxanasına 500 kitab hədiyyə edir. Bu barədə “Olaylar” – a Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan məlumat verilib.

“Günəşli” yatağındakı 121 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib

27 Yanvar 2017 13:00

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 3 saylı dərin dəniz özülündən 121 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2798-2739 metr intervaldan sutkalıq 40 ton neft və 3500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilib.

Ərdoğan Trampla görüşmək istəyir

27 Yanvar 2017 12:57

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Vaşinqton münasibətlərini yaxşılaşdırmaq məqsədilə ABŞ prezidenti Donald Trampla görüşmək niyyəti olduğunu bəyan edib.

“Təhsilin sosial – iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək

27 Yanvar 2017 12:57

Yanvarın 30-da UNEC-də “Təhsilin sosial – iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.