Gündəm
Yaponiya səfiri Ağcabədiyə gedib
Ağcabədi rayon İcra Hakimiyyətində “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı”çərçivəsində rayonun 9 kəndində suvarma sistemlərinin təmir-bərpası layihəsinin imzalama mərasimi keçirilib.
Cocuq Mərcanlıda pulsuz Wi-Fi
Azərbaycan İnternet Cəmiyyəti (AİC) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ödənişsiz internet təmin etməyə hazırdır.
"Qafqaz"ın 700 bal toplayan tələbələri: "Köçürülmək istəmirik"
Fəaliyyəti dayandırılan Qafqaz Universitetinin tələbələrinin hansı ali təhsil müəssisələrinə köçürüləcəyi dəqiq bilinmir. Tələbələrin köçürülməsi ilə bağlı Təhsil Nazirliyində yaradılan İşçi qrupunun rəhbəri, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, 700 bal toplayan tələbələr istədikləri universitetləri özləri seçəcəklər.
Zaxarova Lavrovun Məmmədyarov və Nalbandyanla görüşünü şərh edib
"Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasındakı görüş konstruktiv keçib". Bunu Moskvada brifinq zamanı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, görüş zamanı Dağlıq Qarabağla bağlı konkret təkliflər və danışıqların istiqaməti müzakirə olunub. M.Zaxarova onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya tərəfinin nümayəndələri ilə görüşlər bundan sonra da davam etdiriləcək.
"İnyesta Harri Potterdir, möcüzə yaradır"
"Düzdür, Denis Suares İnyestanı əvəz edə bilər. Amma bunun üçün inkişaf etməlidir". Bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrikedeyib. Kataloniyalıların çalışdırıcısı İspaniya Kubokunun 1/4 final mərhələsinin "Real Sosyedad"la cavab matçında 2 qola imza atan Denis Suares barədə danışıb.
Vitse-admiral Şahin Sultanovun məhkəməsi yenidən təxirə düşdü
Bu gün Nəsimi Rayon Məhkəməsinin inzibati binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi yenidən təxirə salınıb.
ABŞ və Britaniya dəyişir: "İraqsayağı müharibələr" olmayacaq
Britaniyanın hazırda ABŞ-da səfərdə olan baş naziri Tereza Mey ABŞ və Britaniyanın bundan sonra da dünyanı öz təsəvvürlərindəki kimi qurmaq məqsədilə keçmişdə etdikləri səhvləri təkrarlamayacaqlarını deyib.
Ata-bala "Milan"da bir araya gəlirlər
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda klubunu dəyişməyə hazırlaşır.
İŞİD-in 22 üzvü ələ keçdi
Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi Fırat Qalxanı Hərəkatında 22 terrorçu zərərsizləşdirilib. Suriyanın şimalında həyata keçirilən əməliyyatlar zamanı İŞİD terror təşkilatına mənsub olan 272 mövqe hədəfə alınıb, 22 terrorçu ələ keçirilib.
Binəqədidə yaşayış binasının yanmasında təqsirləndirilən şirkət rəhbərinə 8 il iş verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azərbaycan prezidenti Ukrayna sosial siyasət nazirini qəbul edib - YENİLƏNİB
Azərbaycan rrezidenti İlham Əliyev Ukraynanın sosial siyasət naziri Andrey Revanı qəbul edib. Ukraynanın sosial siyasət naziri Andrey Reva Bakı şəhərinin gözəlliyinin onda dərin təəssürat yaratdığını deyib.
Azərbaycan MN Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin iddialarına cavab verib
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyanın növbəti dəfə məsuliyyətsiz və populist çıxışı bizi heç də təəccübləndirmir. Məlumatda qeyd olunur ki, qarşı tərəfin cinayətkar hərbi-siyasi rəhbərliyinin nümayəndələri aprel hadisələrinə kimi də bu və buna bənzər müxtəlif bəyanatlarla çıxış ediblər: “Hamımızın yaxşı yadındadır ki, məhz aprel əməliyyatlarından sonra Movses Akopyanın Dağlıq Qarabağda qalmasının onun fiziki məhvinə gətirəcəyini anlayan Serj Sarkisyan onu təcili surətdə Yerevana qaçırmaq məcburiyyətində qaldı. Apreldə döyüşlərində aldığı güclü zərbədən sonra iflasa uğrayan Ermənistan ordusu və onun rəhbərliyi deyəsən bu cür təxribat xarakterli çıxışlarla ölkəsində mövcud olan daxili siyasi, sosial və ictimai gərginliyi sakitləşdirməyə cəhd göstərir.
Nazir: "Azərbaycanın hesabına Rusiya qazından asılılığı sıfıra endirə bilərdik"
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Qaxariya hökumətlə "Qazprom" arasında imzalanan sazişi iqtisadi nöqteyi-nəzərdən səmərəsiz adlandırıb. "Bugünkü reallığı nəzərə alsaq, iqtisadi nöqteyi-nəzərdən biz itkilərlə üzləşəcəyik. İqtisadi sahədə qələbə qazana bilmədik...
Nazir Həsən Ruhaniyə xüsusi məktub gətirib
27 yanvar tarixində Kuveytin Xarici İşlər Naziri Sabah Xalid Əs Sabahın İrana səfəri başlayıb. Əs Sabahın Tehranda İranlı həmkarı Mühəmməd Zavad Şəriflə görüşəcəyi bildirilir. Kuveytli nazirin İran prezidenti Həsən Ruhaniyə xüsusi məktub gətirdiyi gələn xəbərlər sırasındadı. Kuveytin İran və Körfəz Səltənətləri – Səudiyyə Ərəbistan ilə dialoqda vasitəçilik edəcəyi ehtimal olunur.
Hüseyn Bağırov Şirvan şəhərində vətəndaşlarla görüşüb
27 yanvar tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şirvan şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının binasında Şirvan, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında yaşayan vətəndaşlarla görüşüb.














.jpg)