Yaponiya səfiri Ağcabədiyə gedib
Ağcabədi rayon İcra Hakimiyyətində “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı”çərçivəsində rayonun 9 kəndində suvarma sistemlərinin təmir-bərpası layihəsinin imzalama mərasimi keçirilib.
27 Yanvar 2017 12:55 SosialAğcabədi rayon İcra Hakimiyyətində "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı"çərçivəsində rayonun 9 kəndində suvarma sistemlərinin təmir-bərpası layihəsinin imzalama mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov,Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və digər şəxslər iştirak edib. Yığıncağı giriş sözü ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov açaraq qonaqları salamladı və Yaponiya səfirliyi tərəfindən Ağcabədi rayonunda görülən işlər haqqında məlumat verib. Aran Humanitar Regional İnkişaf İctimai Birliyinin rəhbəri Rauf Əliyev layihə haqda məlumat verərək bildirdi ki, "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində "Ağcabədi rayonunun 9 kəndində suvarma sistemlərinin təmir-bərpası layihəsi" üzrə (Böyük Kəhrizli, Şotlanlı, Şahmalılar, Bala Kəhrizli, Hüsülü, İmamqulubəyli, Poladlı, Kürdlər və Taynaq kəndlərində) 327 ailənin ,o cümlədən 1460 nəfərin 473 hektar pay və həyətyanı torpaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə Aran Humanitar Regional İnkişaf İctimai Birliyi tərəfindən icra ediləcək. Tədbir müqavilənin imzalanması ilə başa çatıb.