Gündəm
İxrac missiyası "Beynəlxalq Yaşıl Həftə" sərgisində olub
Yanvar 23-dən Almaniyada olan ixrac missiyasında təmsil olunan meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şərab, bal və çay istehsalı ilə məşğul olan Azərbaycan şirkətləri Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən və Azərbaycan pavilyonunun da yer aldığı "Beynəlxalq Yaşıl Həftə" sərgisini ziyarət edib, iştirakçı ölkələrin təmsilçiləri ilə görüşüblər. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, ixrac missiyası çərçivəsində Azərbaycanın ixracatçı şirkətləri ilə yerli alman şirkətləri, distribyutorlar və potensial alıcılar arasında ikitərəfli işgüzar görüşlər təşkil olunub, Azərbaycan məhsullarının ixrac imkanları, bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.
Bahar Muradova BQXK-nın Bakı ofisinin rəhbəri ilə girovlardan danışıb
Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb. “Olaylar” xəbər verir ki, Azərbaycanla BQXK-nin əlaqələrindən söz açan vitse-spiker qurumun münaqişə bölgələrindəki fəaliyyətinə toxundu, Qırmızı Xaç Komitəsi işçilərinin dünyanın hər yerində qaçqın və məcburi köçkünlərə, əsir və itkin düşənlərə göstərdikləri qayğıdan danışıb.
“Excelsior Hotel & Spa Baku” oteli qonaqlara nəqliyyat xidməti göstərir
Daim öz müştərilərinin rahatlığını düşünən “Excelsior Hotel & Spa Baku” oteli qonaqlarına nəqliyyat xidməti göstərir. “OLAYLAR”-ın xəbərinə görə, oteldə keçirilən tədbirlərə iştirakçıların və qonaqların rahat gəlib-getməsi üçün 17 nəfərlik mikroavtobus işləyir.
Sabunçu-Ramana avtomobil yolunun tikintisi yekunlaşıb
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və texnoloji ardıcıllığa riayət olunmaqla Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı yüksək keyfiyyətlə aparılan işlər yekunlaşıb.
Danimarka erməniləri məyus etdi
Danimarka Parlamenti qondarma erməni soyqırmını tanımamaq barədə qərar qəbul edib. Bu barədə məlumatı “OLAYLAR”-a bu ölkədə fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi verib.
Cəbhədə 15 dəfə atəşkəs pozulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Fransa “erməni soyqırımı”nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv etdi
Fransa Konstitusiya Məhkəməsi, 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən “Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına” dair qanunu ləğv edib.
Azərbaycanda dini ekstremizmə qarşı mübarizə məsələləri müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin Gənclər Evində “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu” mövzusunda tədbir keçirilib.
Səyyar “ASAN qatar” fevralın 1-dən xidmət göstərəcək
Səyyar “ASAN qatar” Bakı sərnişin stansiyasından Qazax rayonuna yola düşüb. “OLAYLAR”-ın xəbərinə görə, yolasalma mərasimində “ASAN xidmət” Mərkəzinin əməkdaşları, dəmiryolçular, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər. Səyyar “ASAN qatar”ları ölkəmizdə mövcud olan geniş dəmir yolu şəbəkəsindən, infrastrukturdan, kommunikasiya xətlərindən və ən müasir texnologiyalardan istifadə edərək, yerlərdə vətəndaşlara xidmət etməyi nəzərdə tutur. “ASAN qatar” növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanacaq və əhaliyə xidmət göstərəcək.
ABŞ generalı: "Rusiya lazer silahla p eyklərimizi vurmaq istəyir"
"Rusiya bu gün kosmosdakı peyklərin məhv edilməsi üçün müxtəlif qurğular, o cümlədən lazer silahları yaradır".
"Reina" terrorçusu: "Oğlumla görüşə bilsəydim..."
"Reina" terrorçusu Maşaripovun polisə verdiyi ilk ifadədə: "Oğlumla görüşə bilsəydim, İzmir və Hatay vasitəsi ilə Suriyaya qaçmağı planlaşdırırdım", - deyib.
Rusiyada naməlum şəxslər qızıl mağazasını qarət ediblər
Rusiyanın paytaxtı Moskvada 4 naməlum şəxs qızıl mağazasını qarət ediblər. Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Polis əməkdaşları soyğunçuların axtarışını aparır. Bu barədə Trend.az "RİA Novosti"yə istinadən xəbər verir.
Siqaretin ədədlə satışı qadağan oluna bilər
Azərbaycanda mağazalarda və köşklərdə siqaretin ədədlə satışı qadağan oluna bilər. Bu məsələni qaldıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov bildirib ki, yeni hazırlanmış "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə bununla bağlı müddəanın əlavə edilməsini təklif edib.
Tramp Putinlə danışmaq istəyir - YENİLƏNİB
ABŞ prezidenti Donald Tramp həftəsonu rusiyalı həmkarı Vladimir Putinlə söhbət etmək niyyətindədir. Bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib. AZƏRTAC














