“Excelsior Hotel & Spa Baku” oteli qonaqlara nəqliyyat xidməti göstərir 

Daim öz müştərilərinin rahatlığını düşünən “Excelsior Hotel & Spa Baku” oteli qonaqlarına nəqliyyat xidməti göstərir. “OLAYLAR”-ın xəbərinə görə, oteldə keçirilən tədbirlərə iştirakçıların və qonaqların rahat gəlib-getməsi üçün 17 nəfərlik mikroavtobus işləyir.

Daim öz müştərilərinin rahatlığını düşünən "Excelsior Hotel & Spa Baku" oteli qonaqlarına nəqliyyat xidməti göstərir. "OLAYLAR"-ın xəbərinə görə, oteldə keçirilən tədbirlərə iştirakçıların və qonaqların rahat gəlib-getməsi üçün 17 nəfərlik mikroavtobus işləyir. "Mercedes" sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında "Excelsior Hotel & Spa Baku" otelinin qarşısından qonaqları Park Bulvara və səhər 09.00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından "Excelsior Hotel & Spa Baku" otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31