Sabunçu-Ramana avtomobil yolunun tikintisi yekunlaşıb
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və texnoloji ardıcıllığa riayət olunmaqla Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı yüksək keyfiyyətlə aparılan işlər yekunlaşıb.
27 Yanvar 2017 12:04 SosialAzərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında və texnoloji ardıcıllığa riayət olunmaqla Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı yüksək keyfiyyətlə aparılan işlər yekunlaşıb. Bu barədə məlumat "OLAYLAR"-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən daxil oluib. Bildirilib ki, Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5.7 km, yolun hərəkət hissəsinin eni 9 metr, hər iki tərəfdə çiyinlərin (piyada səkiləri) eni isə 1.5 metr təşkil edir. Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Daha sonra, yolun hərəkət hissəsində asfaltlanma işləri də başa çatdıdılıb. Asfaltlanma işləri zamanı yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə yolun təqribən 60 min m2 ərazisi asfaltlanıb. Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1.5 metr enində piyada səkilərinin tikintisi və yol boyu 6426 paqon-metr yeni səki daşlarının düzülməsi işlərinə də yekun vurulub.
Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb, yük və sərnişin daşıması yaxşılaşdırılıb.