Gündəm
Ermənistanda növbəti əsgər ölümü baş verib
Ermənistan ordusunun hərbi hissələrinin birində müddətli hərbi qulluqçu ölüb. Bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi məlumat yayıb.
Ermənistanda aprelin 2-nə təyin edilmiş parlament seçkiləri vaxtı dəyişdirilə bilər
Ermənistan prezidenti Serj Sarkisyan bu il aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təxirə salınmasının əleyhinə olmadığını açıqlayıb. Bu barədə S. Sarkisyan rəhbərlik etdiyi partiyanın toplantısında bildirib. “Son günlər ölkənin siyasi səhnəsində parlament seçkilərinin aprelin 2-də keçirilməsi ilə bağlı fikir ayrılıqları var. Bizim hüquqşünasların bunun hüquqi nöqteyi-nəzərdən effektiv qərar olmasına dair əsasları var. Bununla bağlı ekspertlərin rəyi təqdim olunacaq. Eyni zamanda, parlament seçkilərinin bir neçə gün sonra keçirilməsinə heç nə mane olmur", - deyə o qeyd edib.
Rusiya və Türkiyə İŞİD-ə qarşı birgə əməliyyat keçirib
Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Hələb əyalətində İŞİD terror qruplaşmasına qarşı birgə əməliyyat keçiriblər.
Gənc aşıqlara fəxri diplomlar təqdim edildi
2016-cı il ərzində bioloji müxtəlifliyin qorunması sahəsində görülmüş işlər
Xalça Muzeyində “Ailə günü”
Kitabxana işi sahəsində seminar-müşavirə keçirilib
Onlar Kanadanın Toronto şəhərində konsert proqramı ilə çıxış edəcəklər
“Açıq kitabxana” layihəsinin növbəti kitab sərgisi
Xətai sənət mərkəzində “Şəhid şəhər”
Nazir İmişlidə vətəndaşları qəbul edəcək
İsmayıl Dağıstanlının anıldı
Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, SSRİ Xalq Artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr edilmiş anım tədbiri keçirilib. Teatrın mətbuat xidmətindən “Olaylar” – a verilən məlumata görə, anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatrı Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət İsmayıl Dağıstanlının Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb. Azər Paşa Nemət bildirib ki, əməyi SSRİ Xalq artisti və dövlət mükafatı ilə qiymətləndirilən İsmayıl Dağıstanlı böyük sənətkar olmaqla yanaşı, həm də xeyirxah insan və özündən sonra böyük sənətkar nəsli yetişdirən qayğıkeş müəllim idi. Teatrın direktoru İsmayıl Dağıstanlı ilə bağlı xatirələrini bölüşüb və əlavə edib ki, Azərbaycan mədəniyyəti yaşadıqca İsmayıl Dağıstanlının xatirəsi əbədi yaşayacaq və hər zaman xoş hisslərlə yad olunacaq.
Bu qidaları birlikdə yemək İNSANIN ÖMRÜNÜ UZADIR
Birlikdə yeyilən zaman orqanizminizə müsbət təsir göstərəcək qidaları təqdim edirik:
Kəpəkdən qurtulmağın 5 TƏBİİ YOLU
Kəpək müasir dövrün sağlamlıq problemlərindən biridir. Bu problemlə qarşılaşmayan insan demək olar ki yoxdur. Hər kəs də onunla mübarizə yolları axtarır. Bəs kəpəkdən tam qurutlmaq mümkündürmü? Kəpək problemi yaşayanlar üçün bu yazını oxumağı məsləhət görür.
Antidepressant təsiri yaradan 6 QİDA
Müasir dünyada milyonlarla insan depressiyadan xəstəliyindən əziyyət çəkir. Çoxları isə çıxış yolunu antidepressantlarda görür. Lakin insanlar antidepressant təsiri olan qidalardan xəbərsizdir. Antidepressant təsiri olan qidalarla sizi tanış edir.














