Gündəm

Aşiq olduğunuz adamı unutmaq üçün bunları edin

26 Yanvar 2017 19:57

Eşq dünyanın ən gözəl duyğusudur. Lakin bəzən sevdiyiniz şəxs sizə eyni hissləri verməyə bilər. Bu zaman insanın həyatı dözülməz olur. Özünüzü günahlandıra, ona əsəbiləşə bilərsiniz. Lakin bu cür davam edə bilməzsiniz. Ən yaxşısı onu unutmaqdır. Bəs necə? Sevdiyiniz insanı unutmağın yolları ilə sizi tanış edir.

Adi lazerdən 10 dəfə güclü lazerin sınağı keçirilib

26 Yanvar 2017 19:53

Çexiya və Britaniya beynəlxalq alimlər qrupu “Bivoj” lazerinin uğurlu sınağını başa çatdırıb. Min vatt gücə malik lazer oxşar tipli lazerlərdən 10 dəfə güclü olması ilə fərqlənir. Britaniya “Central Laser Facility” tədqiqat müəssisəsinin rəhbəri Con Kolyerin sözlərinə görə, bu, böyük əhəmiyyətə malik yeni dünya rekordudur. “Ən vacibi odur ki, burada hazırlanan bütün texnologiyalardan oxşar güclü lazer qurğularının yaradılması üçün də istifadə etmək mümkün olacaq”, - o qeyd edib.

Uşaqların kompüter qarşısında keçirəcəkləri vaxt məlum olub

26 Yanvar 2017 19:47

Böyük Britaniya alimləri uşaqların və yeniyetmələrin sağlamlığına ziyanın qarşısını almaq üçün onların gün ərzində kompüter qarşısında keçirə biləcəkləri vaxtı açıqlayıblar.  

“Windows” sistemində internet brauzerlərinə aid boşluqların sayı məlum olub

26 Yanvar 2017 19:41

“Windows” əməliyyat sistemində aşkarlanan boşluqların 40 faizindən çoxu internet brauzerlərinə məxsusdur. Bu barədə “Eset” antivirus şirkətinin hesabatında deyilir.

Alimlər akkumulyatorların şarjını daha sürətli doldurmaq üsulunu tapıblar

26 Yanvar 2017 19:36

Bir çox prosessor istehsalçıları (həmçinin “Qualcomm” və “MediaTek”) öz məhsullarını sürətli enerjidoldurma funksiyası ilə təchiz edirlər. Bununla belə artıq yaxın vaxtlarda mobil qurğu akkumulyatorlarının enerjidoldurma prosesi daha sürətli ola bilər. Bat və İllinoys universitetlərində keçirilmiş sınaqların nəticələrinə əsaslanan “Nature Communications” nəşriyyatı belə qənaətə gəlib. Sınaqlar zamanı manqan iki oksiddən hazırlanmış akkumulyatorların tunel strukturlarına enerji ilə doldurulmuş kalium əlavə edilib.

Günəş enerjisi ilə işləyən qulaqcıq təqdim olunub

26 Yanvar 2017 19:30

“Bluetooth” simsiz rabitə funksiyası ilə təchiz edilən qulaqcıqlar avtonomluq istisna olmaqla simli modellərdən bir sıra üstünlüklərə malikdirlər. Oxşar aksessuarları orta hesabla gündə bir dəfə enerji ilə doldurmaq lazım gəlir. “Sola” şirkəti bu problemi həll etmək qərarına gələrək eyniadlı qarnitura enerji toplamaq üçün kiçik günəş paneli əlavə edib.  

Rusiya ŞOKDA - Məşhur oliqarx HƏBS EDİLDİ

26 Yanvar 2017 19:23

Rus kiber təhlükəsizlik şirkəti "Kaspersky Lab"ın istintaq vahidi idarəçisi Ruslan Stoyanov həbs olunub. Rusiyanın "Kommersant" qəzeti Stoyanovun vətənə xəyanət ittihamı ilə həbs olunduğunu yazıb. Xəbərdə Stoyanovun Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə aktiv əməkdaşlıq etdiyinin açıqlandığı və həbs olunmasının FSB-nin rəhbər şəxslərindən biri ilə əlaqəsiylə bağlı ola biləcəyi bildirilib.

Vaqif Mustafazadə anılacaq

26 Yanvar 2017 19:16

Martın 16-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək.

İntiharın səbəbi 7 il sonra üzə çıxdı - Burcu ölümündən bir neçə dəqiqə öncə... -

26 Yanvar 2017 19:10

Antalyada 7 il əvvəl özünü yaşadığı binanın eyvanından atarq intihar edən 22 yaşlı modelin ölüm səbəbi ortaya çıxıb.  Burcu Çağlayana ölümündən qısa bir müddət əvvəl təcavüz edildiyi ortaya çıxıb. Təcavüz etməkdə təqsirləndirilən turizm şirkəyinin rəhbəri Başer Ö. haqqında iddia qaldırılıb.

Məşhur aktrisa vəfat etdi

26 Yanvar 2017 19:05

Hollivud aktrisası Meri Tayler Mur 80 yaşında vəfat edib. Murun öz evində vəfat etdiyi bildirilir.  Aktrisanın hansı səbəbdən öldüyü hələ ki, açıqlanmır. 

"Başqa kişilərlə mənə xəyanət etdi, oğluma görə susdum"

26 Yanvar 2017 19:01

Bu yaxınlarda aktrisa Şükran Ovalı ilə evlənən futbolçu Caner Erkin keçmiş xanımı Asena Atalayı sərt tənqid edib.

Avroliqanın finalı Türkiyədə keçirilə bilər

26 Yanvar 2017 18:57

Avropa Liqasının final qarşılaşması Türkiyədə oynanıla bilər.  Türkiyə Futbol Federasiyası (TFF) bununla bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıb.

Beynin daha bir sirri açıldı: Niyə bizdə inkişaf edib, meymunlarda yox?

26 Yanvar 2017 18:51

İnsan beyninin başqa canlılarla müqayisədə müstəsna olması fikrindən uzaqlaşmaq lazımdır. Bu sözləri Vanderbilt Universitetinin alimi, beyinlə bağlı keçirilən araşdırmaya rəhbərlik edən Suzana Herculano-Houzel deyib.

Ebru 4 il əvvəl boşandığı əri ilə İsveçrədə

26 Yanvar 2017 18:45

Türkiyəli model Ebru Şallı keçmiş əri, iş adamı Harun Tanla İsveçrədə tətilə çıxıb. 2013-cü ildə boşanan cütlük uşaqları Beren və Parsa görə bir araya gəliblər. O, ailəvi fotoları sosial şəbəkədə paylaşıb. Bu barədə Milli.az "Kelebek"ə istinadla xəbər verir.

Xəzərin statusu ilə bağlı işçi qrupun Bakı görüşündə razılaşdırılan məsələlər rəsmən açıqlanıb

26 Yanvar 2017 18:44

Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun Bakı görüşündə konvensiya layihəsinin suverenlik, yurisdiksiya, təhlükəsizlik, ərazi sularının və balıqçılıq zonasının müəyyənləşdirilməsi, dəniz səthinin və dibinin bölünməsi, ərazi sularından hərbi gəmilərin keçməsi, kabel və boru xətlərinin çəkilməsi barədə müddəaları müzakirə olunub və razılaşdırılıb.