Gündəm

Deputat: "Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərimiz də bərpa olunacaq"

26 Yanvar 2017 18:41

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalaması doğru qərardır. İnanıram ki, vaxt gələcək dövlət başçısı tərəfindən Dağlıq Qarabağın və işğal edilmiş digər ərazilərin də bərpası ilə bağlı sərəncamlar veriləcək.

"Neftçi"dən növbəti transfer

26 Yanvar 2017 18:40

Qış fasiləsinə qədər uğursuz çıxışı ilə yadda qalan və bunun nəticəsi kimi heyətini yeniləyən "Neftçi" sonuncu transferinə hazırlaşır.

Regionlarda turizm inkişaf etdirilir

26 Yanvar 2017 18:40

Qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində turizm sahəsində görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanda da son illər ərzində turizm sahəsində mühüm addımlar atılıb, məqsədyönlü tədbirlər həyata keçirilib. Məhz görülən işlərin nəticəsidir ki, artıq ölkəmiz xarici turistlərin üz tutduğu cəlbedici məkanlardan birinə çevrilib.

Axşam yağıntı olacaq

26 Yanvar 2017 18:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a məlumata görə Bakıda və Abşeron yarımadasında yanvarın 27-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Keçmiş MTN-in şöbə rəisinin məhkəmə prosesi başlayıb

26 Yanvar 2017 18:40

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə məhkəmə istintaqının başlandığı elan olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib. Məhkəmə prosesində ifadə verən V. Ələkbərov özünü təqsirli bilməyib. Proses fevralın 2-də davam edəcək.

Telefon kitabçasından 200-dən çox şəxsin "qatili"nin nömrəsi çıxdı - VİDEO

26 Yanvar 2017 18:39

Jurnalist Nedim Şener "Reina" hücumunu həyata keçirən İŞİD-çi terrorçu  ilə əlaqədar əhəmiyyətli açıqlamalar verib. Şener "Reina" terrorçusu ilə birlikdə ələ keçən telefon siyahısından FETÖ-çü mayor ilə əlaqədar məlumatların çıxdığını iddia edir.

YAP-çı deputat həmkarlarına səsləndi:“Biz passiv olanda yerimizi müxalifət, dağıdıcı qüvvələr alır”

26 Yanvar 2017 18:32

“Gərgin zamanlarda ölkədə sosial siyasətə daha çox ehtiyac olur. Ölkədə sosial siyasətin anestezioloqları da bizik. Biz passiv olanda isə ortalıq boş qalmır. Müxalifət, dağıdıcı qüvvələr bizim yerimizi alır”.“Olaylar” xəbər verir ki, bunu millət vəkili Musa Quliyev Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin parlamentin növbəti yaz sesiyası ilə bağlı yanvarın 26-da keçirilən ilk iclasında deyib. Millət vəkili bu məqamda işləməyin labüd olduğunu diqqətə çatdırıb: “Maliyyə-iqtisadi gərginlik ilində daha çox dinləmələr keçirilməlidir.

Hadı Rəcəbli: “Köçkünlər “plitka”nı taxıb, sonra pəncərəni açıq qoyurdular”

26 Yanvar 2017 18:30

“Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq sperallarınından isifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında həmin komitənin sədri Hadı Rəcəbli ölkə başçısının məcburi köçkünlərlə bağlı verdiyi sərəncama münasibət bildirərkən deyib. Hadı Rəcəbli bildirib ki, bu sərəncam israfçılığın qismən də olsa qarşısını ala bilər: “Bu günlərdə vəzifə tutan adamlardan biri ilə söhbət etmişəm. Dedi ki, vəzifəyə əmri alan gün ərizə yazaraq, ona verilən yardımdan imtina edib. Düşünüb ki, işdə yüksək maaş alacaq.

KTN “Strateji Yol Xəritələri” üzrə Tədbirlər Planını təsdiqlədi

26 Yanvar 2017 18:29

 Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə ölkədə dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılmasını təmin etmək məqsədilə konkret hədəflər, o cümlədən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə 9 strateji hədəf və 36 prioritet istiqamət müəyyən edilib. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi üzrə hədəfləri və prioritet istiqamətləri əhatə edən 177 tədbir nəzərdə tutulur.

Bürclərə görə ən yaxşı və ən pis həyat yoldaşı

26 Yanvar 2017 18:27

Görəsən kainatda ən yaxşı həyat yoldaşı hansı bürclər sayılır? Astroloqlar bununla bağlı sorğu keçirib. Münəccimlər mövzu ilə əlaqədar zodiak işarələrinə görə yarızarafat, yarı həqiqi maraqlı və çox əyləncəli reytinq hazırlayıb.

Prokuror narkotik saxlamaqda ittiham olunan idmançıya cəza istəyib

26 Yanvar 2017 18:21

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitə saxlamaqda təqsirləndirilən Aqşin Salmanovun məhkəməsi davam etdirilib. 

Hindistana getmək istəyənlərə ŞAD XƏBƏR - Viza ilə bağlı

26 Yanvar 2017 18:20

Hindistan Azərbaycanı viza almaq üçün vətəndaşların internet vasitəsilə müraciət edə biləcəyi ölkələr siyahısına daxil edib. Bu barədə Hindistanın Bakıdakı səfirliyindən məlumat veriblər.

Prezident sərəncam imzaladı

26 Yanvar 2017 18:18

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalayıb.

Psixoloq Dəyanət Rzayev öldürülüb? -  BAŞ PROKURORLUQDAN AÇIQLAMA

26 Yanvar 2017 18:07

Baş Prokurorluq psixoloq Dəyanət Rzayevin qəsdən öldürülməsi iddialarına münasibət bildirib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirilib ki, yanvarın 25-də paytaxtın Yasamal rayonu ərazisində Dəyanət Rzayevin yaşadığı mənzildə asılmış vəziyyətdə meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinin və meyitin müayinəsi aparılıb: “Meyitin xarici müayinəsi zamanı boynundakı stranqulyasiya şırımından başqa bədəni üzərində zorakılıqla yetirilməyə xarakterik hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.

Cocuq Mərcanlının 80 yaşlı sakini: "Hamı kəndimizə qayıtsın"

26 Yanvar 2017 18:00

220 ailənin yaşadığı Cəbrayılın Cocuq Mərcanlı kəndi yenidən qurulacaq. Bunun üçün ölkə başçısı  aidiyyəti qurumlara xüsusi  tapşırıqlar verib. Artıq ANAMA əməkdaşları kənd ərazisini mina və partlamamış hərbi sursatlardan təmizləməyə başlayıblar.