Nazir İmişlidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 27 yanvar 2017-ci il tarixində saat 12:00-da İmişli Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Nazir İmişli, Saatlı, Sabirabad, Beyləqan rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar İmişli Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31