Azərbaycanda dini ekstremizmə qarşı mübarizə məsələləri müzakirə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin Gənclər Evində “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin Gənclər Evində "Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəis müavini Zaur Əhmədov, həmin şöbənin əməkdaşı Camal İsayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin müdiri Kamal Nəcəfli, eləcə də həmin idarənin tabeçiliyində olan strukturların kollektivi iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin müdiri Kamal Nəcəfli bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb. "Dini ekstremizmə qarşı mübarizədə dini qurumların rolu" mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib.

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev "Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultural ənənələrin rolu", Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şəhər şöbəsinin əməkdaşı Camal İsayev "Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili", Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin müdiri Kamal Nəcəfli "Gənclərin tərbiyəsində multikulturalizmin rolu" mövzularında çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31